Koronavirusun yayılması işimizi və şəxsi həyatımızı tamamilə dəyişdirdi. Müəyyən bir müddətdən sonra bu böhranı aradan qaldıracağımıza şübhə yoxdur, amma bu dəyişikliklərin nə qədəri daimi olacaq? Böhran sona çatdıqda iş həyatımız necə davam edəcək?


Facemark.az-ın məlumatına görə, internet araşdırma şirkəti olan DORinsight “epidemiya sonrakı iş həyatı” adlı bir araşdırma apararaq gələcəyə işıq salıb.


15-20 Aprel 2020 tarixləri arasında baş tutan sorğu onlayn qaydada aparılıb. Sorğuda yaşı18-dən çox olan işçi və Türkiyənin müxtəlif bölgələrindən 3 675 respondent qatılıb.


İştirakçılardan epidemiyaya münasibətləri barədə soruşulduqda, 71%-i “Mən narahatam”, 15%-i “Mən narahat deyiləm” və 14%-i “Mən qərarsızam” deyə cavab veriblər.


İştirakçıların 49%-i ailəsinin sağlamlıq problemindən, 23%-i iqtisadiyyatda yaranan durğunluqdan, 14%-i öz sağlamlıqları ilə bağlı problemdən, 6%-i işini itirməkdən, 4%-i psixologiyasına təsirlərdən dolayı, 3% isə ailə daxili rahatlıqlarının pozulmasından narahatlıq duyurlar.


Evdə çalışan respondentlərin 68%-i belə çalışma modelinin məhsuldarlığı artırmadığını, 80%-i isə məsafəli çalışma modelini dəstəklədiklərini deyiblər.


Sorğu iştirakçılarının 55%-i məsafəli çalışma modelinin 2-3 ay, 14%-i 5 ay və daha çox, 10%-i 1 ay, 6%-i 4 ay, 4%-i isə 1 aydan az davam edəcəyini təxmin etdiklərini deyib. Amma respondentlərin 11%-i isə bir proqnoz verməkdə çətinlik çəkiblər.