LG-nin Polşa bölməsi TikTok hesablarında yayılan və izləyicilərin qəzəbinə səbəb olan videoya görə üzr istəyib.


Facemark.az-ın məlumatına görə, AdWeek nəşri yazır ki, kompaniya bu videonu bütün sosial şəbəkələrdən də silib.


Nəşr yazır ki, virus videosunu pranker hazırlayıb. Videoda bir kişi pilləkəndən qalxan və dizdən yuxarı geyinən bir qızın şəkillərini çəkir. Qız isə onu kiminsə çəkdiyini hiss edir, geri qayıdır və ondan telefonunu istəyir. Baxan zaman isə orada kişinin selfilərini gördüyünə görə, üzr istəyib, telefonu ona geri qaytarır. Amma vəziyyət heç də qızın gördüyü kimi deyil. O, getdikdən sonra isə, kişi smartfonu izləyicilərə göstərir və bununla demək istəyir ki, onsuz o şəkilləri çəkməyi bacarıb. LG-nin Polşa bölməsi isə yayılan videoya görə, izləyicilərindən üzr istəyib və deyib ki, bu LG Electronics-in standart və siyasətinə uyğun deyil. Əlavə edib ki, şirkətin dijital marketinq şöbəsinin əməkdaşı videonu lazımı qaydada filtr etməyib və gələcəkdə belə halların baş verməməsi üçün bütün səylərini gücləndirəcəklər.


Nəşr isə yazır ki, adıçəkilən video TikTok @sawardega adlı hesabın ola bilər, onu 4 milyondan çox izləyici kütləsi var.


Video markanın kanallarından silinsə də, youtube-da fərdi izləyicilər tərəfindən saxlanılıb.



Üzrxahlıq videosu isə budur: https://www.tiktok.com/@lgpoland/video/6830303612372077830?refer=embed