Sosial media, bir növ hər fərdin öz TV nümayişidir. Kimsə bloq yazarı, kimsə komediyaçı, kimsə rəqqas, kimsə isə öz dövrünün filosofudur. Sosial medianın bünövrəsində, istər unikal, istərsə də sıradan hekayə paylaşmaq dayanır. Milyonlarla büdcəniz ola bilər, amma hekayəniz yoxsa, üstəgəl istifadəçiləriniz xitab etmirsinizsə, belə imkanlarının olmasının dəyəri onların gözündə sıfırdır.


Dijitala investisiya etmək, artıq hər bir markanın seçimidir, hətta məcburiyyətidir! Bu baxımdan onların ən çox seçdiyi də Instagram hekayələridir (Story). Facebook-un məlumatına görə, hər gün 500 milyon Instagram hesabı Instagram Stories-dən istifadə edir. Buna görə də, kütlələrə çatmaq üçün Story Reklamları əla bir seçimdir. Artıq insanlar uzun videolara baxmaq, böyük həcmli yazıları oxumağa üstünlük vermir. Bununla 15 saniyə davam edən videolar ilə hədəf kütlənizin diqqətini çox asanlıqla çəkə bilərsiniz.



Instagram-da Stories Reklamını necə vermək olar?


Əgər bir sosial media agentliyi ilə çalışırsınızsa, bu agentliklər sizin üçün reklam idarəetməsini də həyata keçirir. Ancaq öz reklamlarınızı özünüz verirsinizsə, bunları bilməkdə fayda var. Stories reklamı yaratmaq üçün Facebook Business Manager hesabınız olmalıdır.


Qısası, Instagram, Facebook ilə inteqrasiya olunmuş şəkildə çalışır. Sonrakı addımda reklam vermə səbəbiniz soruşulur. Bu mərhələdə Facebook, bizə bu seçimləri təklif edir:


- Marka Kimliyi


- Çatımlılıq


- Video görüntülənmə


- Geridönüş


- Əlavə yükləmələri


- Potensial Müştəriləri Tapmaq


- Trafik


Kontentinizə ən uyğun seçimi etdikdən sonra, direkt gözə xitab edəcək, hədəf kütlənizin diqqətini çəkəcək vizuala ehtiyacınız var.


Bu mərhələdə Instagram-ın bizə verdiyi ölçü və yerləşdirmə nüanslarına diqqət edilməlidir.


Facebook-un bizə verdiyi yerləşdirmə ölçüləri:

Tövsiyə edilən yerlşdirmə :1080 x 1920


Minimum:600 x 1067


Maksimum Fayl Ölçüsü


4GB (Video)


30 MB (Foto)


Stories üçün kontent hazırlayan zaman nələrə diqqət edilməlidir?


- Ən qısa vaxtda ən təsirli mesajı verəcək kontent hazırlayın. Elə ilk saniyədə diqqət çəkin ki, insanlar videoya sonuna qədər baxsınlar və mesajı ala bilsinlər.


- Səs, musiqini doğru və təsirli şəkildə adaptasiya edin.


- Markanın loqosunu əvvəlcədən göstərməklə, yadda qalmağa çalışın.


- Reklamdakı əsas məqsədinizə uyğun olaraq kontent hazırlayın.