Fevralda WARC, WARC Qlobal Reklam Trendləri (Global Advertising Trends – The Adspend Outlook) hesabatında 2020-ci ildə reklam xərclərinin 7,1% artımla 660 milyard dollara yüksələcəyini proqnoz edirdi. Şirkət koronavirusun təsirlərini də nəzərə alaraq, yeni hesabat paylaşıb.


Yenilənən Qlobal Reklam Trendləri hesabatına görə, dünya miqyasında 96 bazardakı reklam xərclərinin məcra, reklam formatı, məhsul kateqoriyaları səviyyəsində araşdırdığı WARC Qlobal Reklam Trendləri hesabatına görə, qlobal reklam xərcləri 2019-cu illə müqayisədə 8,1% azalaraq (49,6 milyard dollar) 563 milyard dollara geriləyəcək.



Ənənəvi məcralarda enmə gözləntisi


WARC-ın ortaya qoyduğu mənzərəyə görə, ən böyük itkini ənənəvi məcraların yaşayacağı gözlənilir. Buna görə də, 2020-ci ildə reklam xərclərində sinemada 31,6%, açıq hava 21,7%, jurnalda 21,5%, qəzetdə 19,5%, radioda 16,2%, televiziyada 13,8% enəcək. Sosial mediada isə daha öncə 20% artım gözlənilirdisə, indi isə 9,8% həcmində olması gözlənilir. İlin ən güclü performans nümayiş etdirəcəyi sahələr arasında sosial media 5% ilə onlayn video, 2,1% ilə onlayn video görüntülü reklamlar, 0,9% ilə isə axtarış motoru izləyir.



Sektorlara görə, 2020-ci il reklam xərcləri proqnozları


Hesabata görə, demək olar ki, bütün sektorlarda reklam xərclərində enmə müşahidə ediləcək. Ən gözəçarpan enmə 31,2% ilə turizm, nəqliyyatda olacaq. Əyləncə sektorunda reklam xərclərinin 28,7%, maliyyə xidmətləri 18,1%, pərakəndə 15,1%, avtomobil sektorunda 11,4% enmənin olacağı gözlənilir.