Dove ötən ay səhiyyə işçilərini cəsarətindən dolayı sayğı göstərdiyini reklam filmi ilə nümayiş etdirmişdi.


Facemark.az xəbər verir ki, bu dəfə isə Dove karantinada qadınların saç məsələsinə fokuslanıb.


Marka yeni kampaniyasında istifadəçilər tərəfindən hazırlanan videolara üstünlük verib. Reklam çarxı Ogilvy Paris imzası daşıyır və #MyHairMyWay kampaniyası adlanır.


Dove ekrana evdə saç ustasız qalan qadınların saç dəyişdirmək üçün səylərini daşıyır. Marka yeni kampaniyada bütün saç modellərinə vurğu edir və insanlardan da saç ilə bağlı başına gələn hekayələri paylaşmaları da istənilir.


- Reklamverən: Dove


- Reklam Agentliyi: Ogilvy Paris