Digital Age nəşrinin həftəlik canlı yayımı baş tutub.


Facemark.az xəbər verir ki, qonaqlar arasında Red Bull-un Marketinq Direktoru Çağdaş Yaltı, Sənətçi Müge Boz və


Unite.ad -ın rəhbəri Arman Acar iştirak edib. Canlı yayımda pandemiya günlərində influencer marketinq və kommunikasiyanın yeni qaydaları haqqında müzakirə aparılıb.


Global Web Index -in mart araşdırmasına görə, pandemiya dövründə:


- Respondentlərin 70%-i ağıllı telefonlarda daha çox vaxt keçirib. Bu nisbət Z nəslində isə 80% üzərindədir.


- Sorğu iştirakçılarının 40%-i sosial mediada canlı konsert, idmanla bağlı kontentə baxıblar. Amma yaş artdıqca bu göstəricilər azalıb.


- 16-23 yaş arası respondentlərin 52%-i internetdə komediya videoları izləyib. 24-37 yaş arasında isə bu rəqəm 44% düşüb. Geridə qalanların 35%-i isə internetdə yemək reseptlərinə baxıb.


Unite.ad-ın COVID -19 ilə bağlı hesabatında isə bildirilib ki:


- Mikro, makro, meqa influencerlər kateqoriyasında 235 influencer və 10 034 paylaşım üzərindən analiz aparılıb. Analizə görə, martda kontentə reaksiya fevral ilə müqayisədə 4,5 dəfə daha yüksək olub.


Bu hesabat üzəridən, baş tutan canlı yayımı təqdim edirik.