Instagram sosial platforması, bloggerlərin video yayımına reklam yerləşdirməklə yanaşı, eyni zamanda canlı yayımda rəqəmsal beyclərin (rozetlərin) test satışına da başlayacaq. Bloggerlərə dəstək olmaq üçün rozet əldə edən istifadəçilərin adları, digər izləyicilərin şərhləri arasında fərqlənəcək.


Facemark.az xəbər verir ki, qidalanma üzrə bloggerlər evdə sağlam şam yeməyi üçün yemək dərsləri verir, rəssamlar izləyicilərə necə rəsm çəkməyi öyrədirlər, musiqiçilər isə evlərindən istifadəçiləri üçün konsert təşkil edirlər.


Artıq izləyicilər onların belə səylərini üç fərqli qiymət kateqoriyasında rozetləri ilə dəstəkləyə bilərlər. 99 sent, 1.99 $ və 4.99 $ . Rozetlər isə yalnız videonun yayınlanması zamanı etibarlıdır.


Videonun müəllifləri testin keçirildiyi bir neçə ay ərzində tam məbləğ alacaqlar. Instagramdan isə deyilib ki, onlar 2020-ci ilin sonundan, yaxud 2021-ci ildən gəlir əldə etməyə başlayacaqlar.