Rus iş adamı Roman Abramoviç İsraildəki ən bahalı villanı 64,5 milyon dollara aldığı bildirilib.


Facemark.az-ın məlumatına görə, Globes qəzetinin alqı-satqı müqaviləsinə tanış olan bir mənbəyə istinadən yazdığı xəbərə görə, Roman Abramoviç, Təl-Əvivin şimalındakı Herzliya Pituah sahil bölgəsində olan və İsrailin ən bahalısı hesab edilən villanı satın alıb.


Xəbərdə deyilib ki, onun villasının dəyəri 65 milyon dollar qiymətləndirilir, bölgədə isə, əsasən səfirlərin bahalı rezidansları yerləşir.


“Koronavirus pandemiyasının yaratdığı böhrandan əvvəl İsrail tarixindəki ən bahalı daşınmaz əmlak satışı reallaşdırılıb. Rus-İsrailli milyarder Roman Abramoviç Herzliya Pituahdakı villanı 64,5 milyon dollara aldı”, - deyilib.


Xəbərə görə, villanın olduğu ərazi 9 min 500 kvadrat metr sahəyə malikdir. Villanın ərazisində tennis sahəsi və hovuz da var. Ərazi qonaqların qəbulu və tədbirlərin keçirilməsi üçün istifadə edilə bilər.


Villa 2006-dan bəri isə İngiltərə hedge fondları idarəedicisi, “Brevan Howard Asset Management” şirkətinin Alan Howard-a (Alan Hovarda) aid idi.


Bildirək ki, Abramoviç 2018-ci ildə İsrail vətəndaşlığını almışdı.


Abramoviç haqqında daha əvvəllər hazırladığımız video çarxı təqdim edirik.