PepsiCo-nun qida qrupu Doritos, üç ay ərzində marka adı və loqosunu, reklam filmi də daxil olmaqla Türkiyədəki bütün kommunikasiya fəaliyyətlərindən götürmək qərarı alıb.


Facemark.az xəbər verir ki, PepsiCo Türkiye Qida Kateqoriyası Marketinq Direktoru Osman Dilber, markanın istehlakçı nəzdindəki yüksək tanınmasından yola çıxaraq atılan addım haqqında bunları deyib: “Doritos ilə illərdir kommunikasiyamızda gəncləri cəsarətə dəvət edirik.



İndi də “Cesaretse Dibine Kadar” deyərək, bu kampaniya ilə olduqca cəsur bir addım atır və üç ay ərzində kommunikasiyamızdakı loqomuzu götürərək, markasız kommunikasiyaya keçirik. Etdiyimiz reklam testində də gördük ki, loqo və marka göstərilməyən reklamımızı izləyənlərin 95%-i reklamın Doritos-a aid olduğunu dedi. Reklamlarımızda loqomuzu görünməsə belə hədə kütləmizin Doritos-u tanıyacağından əminik”, - deyə dəyərləndirmə edib.



Xatırladaq ki, eyni addımı Doritos qlobalda 2019-cu ilin avqustunda atıb, anti-reklam kampaniyası ilə loqo və adı ilə vidalaşıb.