Hər birimiz müxtəlif zamanlarda iş müsahibələrində oluruq və bu müsahibələrdə etdiyimiz yanlışlıqlar nəticəsində bir çox halda müsahibədən uğurlu şəkildə keçə bilmirik. Bunun bəzi səbəbləri qarşı şirkət tərəfindən olsa belə əsas uğurlu şəkildə keçməməyimizə səbəb məhz özümüzün (namizədin) etdiyi səhvlər nəticəsində olur. Ümumilikdə götürsək müsahibə zamanı həm İnsan Resursları nümayəndəsinin həmçinin namizədin bilməli olduğu və etməməsi lazım olan məsələlər var.


İnsan Resursları nümayəndələrinin müsahibə zamanı etməsi tövsiyə olunan məsələlər:


1) Müsahibəyə gələn namizədin tam potensialını açmaq.


2) Rəsmiyyətdən uzaq durmaq.


3) Müsahibəyə gələn şəxsin həyəcanını azaltmaq.


İnsan Resursları nümayəndələrinin müsahibə zamanı etməsi tövsiyə OLUNMAYAN məsələlər:


1) Müsahibəyə gələn namizədə şəxsi suallar vermək.


2) Namizədin hər-hansı biliyini lağa qoymaq (sındırmaq)


3) Özünü üstün mövqedə tutmaq.


4) Şəxsən tandığı şəxsi müsahibə etmək.


İnsan Resursları nümayəndələrinin gözü ilə müsahibəyə baxdıq. Burada olar və olmazları yazdıq. İndi isə namizədlərin etməli olduğu və etməsi tövsiyə olunmayan nüansları qeyd edək:


Namizədlərin müsahibə zamanı tövsiyə olunan məsələlər:


1) Müsahibəyə əvvəlcədən hazırlaşmaq.


2) Gedəcəyi ünvanı əvvəlcədən dəqiq bilmək, məkana vaxtında çatmaq üçün vaxtı düzgün bölüşdürmək.


3) Gedəcəyi məkana 15 dəqiqə öncə çatmaq (Qeyd: Daha tez, yəni yarım saat və ya 1 saat öncə getməyiniz tövsiyə olunmur, çünki İR nümayəndələri hər bir namizədlə individual vaxt təyin edir)


4) Özünüzlə mütləq şəkildə qeyd dəftəri aparmaq və lazimi qeydlərinizi aparmaq.


5) Səliqəli şəkildə geyinmək (oğlanlar: saqqalını təraş etməsi, klassik geyinməsi, qızların isə klassik geyinmələri tövsiyə olunur)


6) Müsahibə suallarına dürüst cavab vermək.


Namizədlərin müsahibə zamanı tövsiyə OLUNMAYAN məsələlər:


1) Maaş bazarlığı etmək (misal üçün: 400 azn ə/h verilirsə yoxe sərf etmir 500 azn verə bilərsiz? demək)


2) Lovğalanmaq.


3) Müsahibəyə gecikdiyi halda hər hansı üzr istəməmək.


4) Müsahibə zamanı saqqız çeynəmək.


Müsahibələr özü isə ümumilikdə bir neçə kateqoriyaya bölünür:


1) Fərdi müsahibələr (İR nümayəndələri və ya hər hansı sturuktur bölmə rəhbərinin iştirakı ilə namizədlə fərdi qaydada keçirilir)


2) Qrup müsahibələri (İR nümayəndəsi və hər hansı sturuktur bölmə rəhbərinin iştirakı ilə həyata keçirilir)


3) Komissiya şəklində müsahibələr (Bir neçə sturuktur bölmə rəhbərinin iştirakı ilə həyata keçirilir)


4) Stress müsahibələr (Hər hansı stressə davamlı işə qəbul üçün stress müsahibələr həyata keçirilir)


Qeyd: Namizədi uzun müddət gözlədib “stress müsahibə” adı ilə səbrini yoxlamaq tövsiyə olunmur.


Hər birinizə uğurlar!


İlkin Mirzəzadə, blogger, İR mütəxəssis.