bazar ertəsi, 25 oktyabr 2021

2020 və yaxın illərdə SEO-nun önəmini sübut edən dinamika


Anar Abdullayev


1198

Hubspot Platforması 3400 şirkət arasında keçirilən araşdırmanın nəticələrinə görə 2020-ci ilin proqnozlaşdırılan rəqəmsal marketing göstəricilərini paylaşıb. Bu göstəricilərdə diqqət cəlb edən Axtarış Motoru Optimiziyasiyasıdır. Araşdırma nəticəsində məlum olub ki, üzərində sorğu keçirilən şirkətlərin 64%-i SEO-ya yatırım edir.

Qlobal və lokal bazarlara yönəlmiş şirkətlərin rəqəmsal marketinq büdcələrində SEO-nun payı getdikcə artmaqdadır.

SEO-da ən önəmli faktorlar istifadəçi təcrübəsinə (UX) köklənir. Və bu təcrübə, istifadəçilərin axtardığı məlumatı axtarış motorlarının öz potensialına görə mümkün qədər effektiv müəyyənləşdirə bilməsindən asılıdır. Şirkət, brend, təşkilat, qurum və ya adi bloggerin vebsaytda yerləşdirdiyi məlumat məzmun baxımından istifadəçi sorğusuna və ya probleminə optimal həll təklif etməlidir. Bu həllər müxtəlif formatlarda təqdim edilə bilər – bir söz və ya ətraflı məqalə şəkilndə də ola bilər. Lakin Google-un axtarış alqoritmləri mətn formatının hüdudlarını aşaraq şəkil, səs və video üzərində də açar sözlərə görə axtarışlar edilməsini mümkün edir. Məsələn, videolara altyazı əlavə edilməsi YouTube axtarışlarında önə çıxmaq imkanı yaradır. Podcastı mətn formatına çevirərək vebsaytda yerləşdirmək vebsaytın axtarış motorları tərəfindən aşkarlanması və indekslənməsi baxımından çox önəmlidir. Azərbaycan dilində altyazı və podcast transkripsiyasını yaratmaq kimi funksiyaları indiki zamanda VOICEN platformasının köməyi ilə avtomatlaşdırmaq da mümkündür.

2020-ci ildən etibarən qlobal müstəvidə SEO-nun “ənənəvi” SEO KPİ-ları məcrasından çıxaraq daha geniş biznes məqsədlərə nail olmaq üçün aktuallığı artacaq. Azərbaycandakı şirkət və brendlər də rəqəmsal marketinq strategiyalarını qurarkən dünya təcrübəsindən yararlanmalıdırlar.

Marketoloqların təxminən 64% -i aktiv şəkildə SEO-ya zaman yatırımı edir.

Marketoloqların 55% -i axtarış motoru optimizasiyasının ümumi marketinq strategiyası üçün "çox vacib" və "həddən artıq vacib" olduğunu hesab edir.

Marketoloqların 52% -dən çoxu vebsaytın texniki SEO-suna yatırım edir.

Vebsaytın sürətinin optimizasiyası axtarışlarda önə çıxmaq üçün ən çox istifadə edilən taktikadır.

Təqribən 50% marketoloq hesab edir ki, tətbiq etdikləri SEO taktikası ümumi marketinq məqsədlərinə çatmaq üçün “çox effektivdir”

Açar söz baxımından əhəmiyyətli axtarış mövqelərində yer almaq SEO strategiyasının ən önəmli uğur meyarı hesab olunur

Google Analytics marketoloqlar tərəfindən ən çox istifadə edilən alətdir

53% Google Featured Snippets üçün sıralamada öndə olmaq niyyətindədir

Anar Abdullayev, AzReco şirkəti, marketinq meneceri

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik