bazar günü, 12 iyul 2020

LIONS Live 22 iyun 2020-ci ildə başlayır: Yaradıcı zehinlərin qlobal toplantısı olacaq

415

LIONS Live 22 iyun 2020-ci ildə yaradıcı zehinlərin qlobal toplantısı üçün bir araya gəlir. Cannes Lions 22-26 İyun 2020 tarixlərində yaradıcılığın imkanlarına inanan hər kəs üçün inkişaf etmiş bir rəqəmsal təcrübə olan LIONS Live-i təqdim edir.

Facemark.az-a təşkilatçılardan verilən məlumata görə, LIONS Live yaradıcılığın gələcəyini müzakirə etmək üçün kreativləri bir araya gətirəcək.

Bildirilib ki, LIONS Live BBC-nin jurnalisti və aparıcısı Tina Daheley-in ev sahibliyi ilə London studiyasından canlı yayımlanacaq və belə canlı yayım 1 həftə davam edəcək.

Dünyanın müxtəlif ölkələrində yaradıcı insanlar və şirkətlər cəlbedici rəqəmsal formatlarda kontent və təcrübə ərsəyə gətirirlər. LIONS Live-i istənilən ekrandan, dünyanın istənilən yerindən pulsuz izləmək mümkün olacaq.

LİONS Live-ə qoşulun

CANLI Yayıma qoşulmaq hər kəs üçün pulsuzdur, 22-26 İyun 2020-ci ildə təşkil ediləcək. LIONS Live qoşulmaq üçün buraya klik edə bilərsiniz. LIONS Live-in tam proqramı ilə isə 18 İyun 2020-ci ildə bu platformadan tanış olmaq olar.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün