facemark.az onlayn marketinq portalının kitab layihəsi “Oxumağa nə Var?” çərçivəsində hər həftə Sizə marketinqlə, satış, bizneslə bağlı bir kitab haqqında məlumat paylaşacağıq. Onu necə əldə etmək olar? Sualına isə yazının sonunda cavab tapacaqsınız.


Elə isə başladıq Georges Charpak ve Henri Broch – “Maskeler Aşağı”

Elm sürətli şəkildə irəliləyir. Son iki əsrdə bütün dünya tarixi boyunca yaradılandan daha çox informasiya yaradıldı. Universitet, laboratoriyalar dayanmadan çalışır. Yeni kəşf və ixtiralar bir-birini izləyir. Hər gün yeni patentlər alınır. Düşünə bilərsiniz ki, elmin bu qədər inkişafı qarşısında heç bir qüvvə dayan bilməz. Təəssüf ki, hər gün qəzet və televiziyalarda elmdən kənar fəaliyyətləri ilə pul qazanan insanların şahidi oluruq. Xarakter təhlili edir, insanların zehinlərini oxuduqlarını iddia edirlər. Fizika üzrə Nobel mükafatçısı Georges Charpak ve Henri Broch bir yerdə qələmə aldıqları bu kitabda, ekstrasenslərə elmi yolla cavab verilir. Bu kitabı oxuduqdan sonra sizi yalanlarla aldadan, gözünüzü boyayan insanlara elmi cəhətdən cavab verə biləcəksiniz.


Əlaqə: (+994 51) 295 46 77


Əhməd Rəcəbli 156


#oxumaganevar


https://www.facebook.com/oxumaganevar/


https://www.instagram.com/oxumaganevar/?hl=en