bazar günü, 12 iyul 2020

2020-ci ilin qrafik dizaynında TOP 10 trend – Foto + Video

317

Peşəkar bir dizaynerin müasir dizayn bazarının istiqamət aldığı dizayn trendləri haqqında bilməsi vacibdir. Həmçinin marketoloqlar, SMM menecerlər, biznesmenlər də yeni dizayn trendlərindən xəbərdar olmalı və nəyin artıq keçmişdə qaldığını bilməlidir. Dizaynerlərin işinin keyfiyyətini, vizual dizaynın aktuallığını və düzgünlüyünü necə bilməli?

Bu məqalədə mən sizin üçün 2020-ci ilin qrafik dizaynında aktual olan trendləri bir araya gətirdim. Onlar sosial şəbəkələrin, posterin, saytın, reklamın və bir çox digər marketinq materiallarını yeni dizaynda təqim etməyə imkan verəcək.

1. Sürreallistik və abstrakt illüstrasiyalar

Parlaq və abstrakt illüstrasiyalar daha çox populyarlıq qazanır. Bu, şirkətlər üçün fərqli bir yanaşma ortaya qoymaqla, rəqiblərindən fərqlənmək üçün əla bir şansdır. Bu trenddən Google, Apple və digər nəhəng şirkətlər faydalandı. Əlbəttə, 2020-ci ildə bir çox şirkətlər bu cür illüstrasiyalardan istifadə edəcəyi üçün onların effektivliyi və unikallığı azala bilər. Ona görə də, dizaynerlər fərqlənmək üçün çərçivələrdən çıxmaq məcburiyyətində qalacaqlar.

2. Fantaziya stilində rəng sxemləri

2020-ci ildə markalar hər zamankindən daha çılğın və parlaq olması ilə seçiləcəklər. Bu tendensiya yeni bir onilliyin gəlməsi ilə vurğulanacaq. Biz artıq fantasktik filmlərdə gördüyümüz yüksək texnoloji gələcəkdə yaşayırıq. Futuristik mövzular, parlaq doymuş rənglər, neon, glitiç bunlar qrafik dizaynda kiberpankın əlamətləridir. Qısası, nə qədər təbiət obrazlarından qaçsan, bir o qədər yaxşı iş ortaya qoymuş olarsan.

3. Neomorfizm

İndi dizaynda yeni vizualların yaradılması üçün yeni bir trend (əslində əvvəl mövcud olan geri qayıdıb) var. Bu, teksturasız real səthlərin imitasiyasıdır. Bu stil, dizaynda yenilik hissini verir və interfeysin qalan hissəsi digərlərindən seçilir. Çox güman ki, belə bir vizual yanaşma ən çox gənclərdən ibarət olan Z nəslinin xoşuna gələcək. Son beş ildə sadələşmə istəyindən tamamilə fərqlidi və onlar üçün tamamilə yenidir.

4. İncə geometri

Geometrik xəttlər təbii və orqanik formalar göstərməkdədir. 2020-ci ildə biz dizaynerlərin qeyri-adi forma almaq üçün onları necə birləşdirdiklərinin şahidi olacağıq. Belə bir geometrik dizayn mücərrəddir və həyata keçirilməsi çətindir. Buna görə də texniki və sənaye rebrendinqində daha çox populyardır. Bu trend texnologiyanın gələcəyini daha aydın illüstrasiya edir.

5. Əl ilə işlənmiş elementlər

Daha minimalist trendləri reallaşdırmaq üçün, əlbəttə ki, auditoriya ilə daha fərdiləşmiş əlaqədə olmaq lazımdır. Bu fərdi yanaşma əsasında dizaynların hazırlanmasına və ortaya qeyri-adi bir vizual çıxarılmağına səbəb olacaq.

6. Animasiya və giflər

Animasiya bir markanı canlandırmağın ən yaxşı yollarından biridir və bu trend daha çox yayılmaqdadır. Dizaynerlər, həmişə yenilikləri ilə çərçivələrdən çıxmağa və fərqlənməyə can atırlar. 2020-ci ildə daha çox brendin bu trenddən istifadə edəcəyini gözləyirik.

7. 3D tekstur

İnternet istifadəçiləri həcm və teksturadan yoxsundur. Elə buna görə də, hər il 3D teksturaya tələb artmaqda davam edir. 2020-ci ildə də bu trendin davam edəcəyini gözləyirik. Neçə il davam edən sönüklükdən sonra, sektora daha realist teksturalar daxil olur. 3D vizual xidmətindən rəqəmsal ssenarilər üçün istifadə edilə bilər. Belə yanaşma ilə istifadəçilərdə toxunma hissini yaradırlar və ekranda vizual bir estetika ərsəyə gətirilir.

8. Küçə sənəti stili

Küçə sənətinin qrafik dizayna qayıtması dövrümüz üçün yetişib. Küçə sənətinin texnikaları ilə 70, 80, 90-cı illərin görüntülərini yaradaraq özlərinə diqqəti çəkirlər. Ümumiyyətlə, küçə sənətinin tendensiyaları gələcəyin əlimizdə olduğunu göstərir.

9. Minimalizm

Növbəti tendensiya minimalist səhifələrdir. Bu trend səhifəni daha sürətli yükləmək ehtiyacından qaynaqlanır.

10. Qeyri-adi başlıqlar

Dizaynerlər iddia edirlər ki, hətta sadəcə mətnlə dəstəklənən vizualdan belə daha cəsarətli işlər ortaya qoymaq olar.

Nəticə: Dizayn trendləri dizaynerlərdən və istehlakçılardan asılıdır. Buna görə də, qrafik dizaynda gələcək tendensiyaları yaxından izləyəcəyik. Əgər sizin də bu il üçün trend hesab etdikləriniz varsa, şərhlərinizi bizimlə bölüşməkdən çəkinməyin.

Məqalədəki vizuallara baxmaq üçün link https://vc.ru/design/132294-10-trendov-graficheskogo-dizayna-v-2020-godu

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün