bazar günü, 12 iyul 2020

Apple korporasiyasının təşkil etdiyi konfransa saatlar qaldı: Canlı yayımı necə izləmək olar? - Video

260

Apple, bu axşam TSİ 20:00-da onlayn formatda təşkil ediləcək Dünya Developers-lər Konfransını (WWDC20), (Dünya Proqram Tərtibatçıları Konfransı) izləmək üçün bağlantıları paylaşıb.

Apple-ın Dünya Developers-lər Konfransını 22 İyundan etibarən Apple Developer əlavəsi və Apple Developer veb saytı üzərindən virtual olaraq təşkil ediləcəyini və konfransın bütün developers-lər üçün pulsuz olacağını Sizinlə paylaşmışdıq.

Facemark.az xəbər verir ki, Apple bugünkü konfransı izləmək üçün lazım olan bağlantıları paylaşıb.

22 İyun 2020 və 26 İyun 2020 tarixləri arasında 20:00-də təşkil ediləcək Apple-ın developers-lər konfransı YouTube üzərindən də paylaşılacaq.

Apple-ın YouTube canlı yayım linkini paylaşdığı adresdə indidən bildiriş düyməsini aktiv etmək də mümkündür. Canlı yayım linkinə buradan daxil ola bilərsiniz. Apple YouTube kanalını ikinci yayım vasitəsi kimi istifadə edəcək. Rəsmi veb sayta isə buradakı bağlantı üzərindən daxil olmaq olar. Əlavə olaraq Apple TV üzərində yer alan Apple Events əlavəsindən də canlı olaraq izləmək mümkündür.

23 İyundan etibarən developers-lər Apple mühəndisləri tərəfindən icra edilən və dizayn fokuslu 100-dən çox sessiyada yeni nəsil əlavələrinin necə inkişaf etdirdiklərini öyrənmə imkanına sahib olacaqlar. Konfrans çərçivəsində Apple-ın 1000-dən çox mühəndisi ilə texniki diskusiyalar aparmaq mümkün olacaq.

WWDC-in ilk günündən etibarən hər kəs forumda axtarış edə forum müzakirələrini izləyə və Apple Developers Proqramı üzvləri öz suallarını göndərərək birbaşa Apple mütəxəssislərindən məlumat ala biləcəklər.

Developers-lər Apple platformalarındakı ən yeni qadjetləri yaradan Apple mühəndislərindən görüş tələb edə bilərlər.

Developers Laboratoriyaları yer olduğu sayda Apple Developers Proqramı üzvlərinə açıq olacaq.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün