bazar günü, 12 iyul 2020

Instagram üzərindən birbaşa reklam vermək mümkün olur

267

Intagram kiçik müəssisələrin artıq Facebook hesabına bağlı olmadan sosial platformadan reklam verə biləcəyini açıqlayıb.

Facemark.az xəbər verir ki, sosial platformanın bu yeni funksiyası hələ də bir Facebook hesabı olmayan kiçik müəssisələrin Instagram üzərindən rahatlıqla reklam verməsinə kömək olmağı hədəfləyir.

Birinci növbədə ABŞ və Türkiyədə istifadəyə verilən yeni funksiya, gələcək aylarda bir çox ölkədə əlçatan olacaq. Şirkət Facebook Reklam Meneceri kimi Facebook əlavələrində reklam verən zaman daha rahatlıq və nəzarəti həyata keçirmək üçün müəssisələrin Instagram hesablarını bir Facebook hesabına əlaqələndirməyi daim tövsiyə edir. Bu funksiyanı isə yalnız Instagram hesabı olan, ancaq hələ də Facebook hesabı olmayan müəssisələrin istifadəsinə təqdim edir.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün