bazar günü, 12 iyul 2020

facemark.az, Fil Agency-nin təşkilatçılığı ilə SMM Konfransına sayılı günlər qaldı – Foto

292

Karantin günlərini daha səmərəli keçirmək və Sizə daha faydalı olmaq üçün 30 İyunda SMM Konfransı ilə qarşınızda olacağıq.

Konfrans Dünya Sosial Media Gününə özəl olaraq təşkil edilir. 30 İyun saat 11:00-da spikerlərimiz müəyyən olunmuş mövzular üzərindən öz dəyərli təcrübələrini sizinlə paylaşacaqlar.

SMM Konfransı onlayn marketinq portalı facemark.az Fil Reklam Agentliyinin SMM tərəfdaşlığı ilə baş tutacaq. Adlarını açıqladığımız spikerlər və onların mövzularını sizinlə paylaşırıq. Digər spikerlərdən xəbərdar olmaq üçün isə facemark.az-ın səhifələrini izləməkdə qalın.

Xatırladaq ki, SMM Konfransını izləmək üçün heç bir ödəniş tələb edilmir. Sadəcə yuxarıda qeyd olunan tarixdə facemark.az-ın facebook youtube platformasına keçid etməyiniz kifayətdir. Məqsəd bu sektorun mütəxəssisləri ilə fikir mübadiləsi aparmaq, sizə faydalı ola bilməkdir.

SMM Konfransı Canlı Yayımlanacaq. SMM Konfransında sual-cavab hissəsi də nəzərdə tutulub. Tövsiyə edirik ki, suallarınızı indidən hazırlayasınız ki, Canlı Yayımda səsləndirək.

30 İyun, saat 11:00-da bizimlə eyni həyəcanı bölüşün.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün