YouTube videoxidməti yeni reklam funksiyası əlavə etdiyini elan edib - brendin video çarxının altında məhsula baxmaq və seçmək imkanı mümkün olur.


Facemark.az-ın məlumatına görə, şirkətin saytında bildirilib ki, bu format reklamverənlərə reklamın effektivliyini qiymətləndirməyə kömək olacaq.


YouTube videohostinqinin məlumatında deyilib ki, əksər brendlər Youtube-da istehlakçılara daha yaxın olmaq və onları hərəkətə keçirmək üçün videoelanlar paylaşırlar. Belə ki, ötən il call to action funksiyasından istifadə edən aktiv reklamverənlərin sayı 260% artım nümayiş etdirib.



Öz növbəsində, YouTube-un məlumatına görə, istifadəçilərin təxminən 70%-i brendlərin reklam çarxlarına baxdıqdan sonra, alış ediblər. Konversiyanı artırmağa kömək olmaq üçün YouTube inkişafın yeni formatını təklif etdi. Belə ki, videoreklamın nümayişi zamanı platformada brendin məhsullarının menyusu görünür. İstədiyiniz məhsula klik edərək, istifadəçi reklamverənin saytına daxil olub, birbaşa alış edə bilər. Şirkət bu funksiyanın pandemiyada reklam büdcəsini aşağı salan və eyni saxlayan şirkətlər üçün münasib olacağını elan edib.


Xatırladaq ki, yeni funksiyanı ilk test edən brendlərdən biri alt paltarları istehsalçısı Aerie olub. O, özünün yay kolleksiyasında bu funksiyadan faydalanıb. Kampaniyanın nəticəsinə görə, reklam gəliri ötən illə müqayisədə 25% daha çox olub. Həmçinin şirkət adi medimiksdən 9 dəfə çox konversiya əldə edib.