bazar günü, 12 iyul 2020

Google-un reklam gəlirləri ilk dəfə azalacaq: eMarketer-in yeni araşdırması

292

İnternet nəhəngi Google-un gəlirləri ABŞ-da birinci dəfə azalacaq.

Facemark.az-ın məlumatına görə, bu haqda The Wall Street Journal eMarketer şirkətinin analitik hesabatına istinadən yazıb.

ABŞ-da korporasiyanın reklamdan proqnoz olunan gəliri 2020-ci ildə 39,58 milyard dollar olacaq. Müqayisə üçün deyək ki, 2019-cu ildə Google şirkəti ABŞ-da reklamdan 41,8 milyard dollar qazanıb. Bu halda, 2020-ci ildə reklam gəliri 2,22 milyard dollar azala bilər.

Analitiklər deyir ki, daha əvvəl Google-un ABŞ-da reklamdan gəliri minimum 10% artım nümayiş etdirib. 2008-2009-cu il maliyyə böhranı dövrü istisna olmaqla. Həmin vaxt artım cəmi 8% olub. Bu halda Google-un ABŞ-da ümumi gəlirləri təxminən 5% azalacağı gözlənilir. 2020-ci ildə reklam gəlirlərindəki enmə koronavirus pandemiyası ilə bağlı olacağı deyilir. Bu isə ona görədir ki, turizm şirkətləri axtarış motorunda yayımladıqları reklamların həcmində azalmağa gediblər.

Xatirladaq ki, apreldə isə deyilirdi ki, Google-un ana şirkəti Alphabet-in reklam gəlirləri martda kəskin şəkildə düşüb. Bu halda, 2020-ci ilin birinci rübündə şirkətin ümumi gəlirləri bir il öncəki 36,3 milyard dollar ilə müqayisədə 41,1 milyard dollar olub. Bu isə onunla bağlı idi ki, YouTube-da yerləşdirilən reklamların sayında enmə müşahidə edilirdi.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün