TikTok for Business xidmət və trendləri izləməyə, Creator Marketplace-də influencer və trendi yarandanlar ilə qarşılıqlı əlaqədə olmağa, dəstək üçün müraciət etməyə, müxtəlif ölkələrdə olan böyük brendlərin reklam məhsulları və keyslərindən öyrənməyə kömək olacaq.


Facemark.az xəbər verir ki, reklamçılar Çinin internet holdinqi, Rusiyada TikTok ilə müqayisədə daha az tanınan ByteDance-ın digər layihələri ilə tanış olmaq imkanına malik olacaqlar.


Holdinqin ailəsinə məzmun axtarışı üçün platforma TopBuzz, populyar və viral videoların axtarışı üçün mobil platforma BuzzVideo, xəbərlər və video kontent aqreqatoru News Republic, hind sosial media platforması Helo, İndoneziya bazarı üçün məzmun-xəbərlər platforması Babe daxildir.


Xatırladaq ki, TikTok-da marketoloqlar üçün bir sıra formatlar mövcuddur. Bura daxildir TopView (avtomatik oxutma və səslə 5 ilə 60 saniyəyə qədər davam edən tam ekranlı reklam videoları), Brand Takeover, (tam ekranlı format, 3 saniyəyə qədər davam edən statik JPG-təsvir və ya 3-5 saniyə davam edən video çarx) in-feed ads (tövsiyələr bölməsində 60 saniyəyə qədər davam edən video), paket seçimləri ilə brend həştəq-çellencləri (yerləşdirmə, yaradıcı rəhbərlik və reklam kampaniyasının yaradılması üzrə media dəstək) daxildir.


Bundan başqa, TikTok-da AR-alətləri ilə Branded Effects mövcuddur, bura özəl stikerlər, filtr və xüsusi effektlər aiddir. Yeni Branded Scan funksiyası isə istifadəçilərə istənilən reklamçıdan videolara artırılmış reallıq effektləri əlavə etməyə dəstək olur.