GroupM-in iyun proqnozu göstərir ki, istehlakçı və reklamverənlər xərclərində azalmaya gediblər.


Koronavirus sektora çox güclü zərbə vurub. Belə ki, 2019-da 6,2%-lik böyümə müşahidə edildiyi halda, cari ildə enmə isə nə az nə çox düz 11,9%-dir. Beləliklə, GroupM qlobal reklam bazarında 10-12%-lik enmə gözləyir.


Sabit bir məzənnə ilə bu sektoru 2017-ci ildən bir az daha yüksək səviyyəyə gətirəcək. Koronavirus pandemiyasının ÜDM üzərindəki təsirini nəzərə aldıqda, sektordakı 11,9%-lik enmə ilə olan ssenarini yenə də mülayim hesab etmək olar.



Facemark.az-ın məlumatına görə, GroupM xatırladır ki, 2009-cu ildə qlobal maliyyə krizisində ÜDM 1%, reklam bazarında enmə isə 11,2% olmuşdu.



Bazarın yeganə xilaskarı ABŞ-dakı prezident seçkiləri olacaq. Analitik şirkət siyasi reklamın dəyərini hesaba qatdıqda 2020-ci ildə qlobal enmənin 11,9% deyil, 9,9% olacağını deyir. Eyni zamanda, seçim kampaniyası sektorun 2021-ci ildəki vəziyyətinə də təsir edəcək. Proqnozda deyilir ki, bu faktoru nəzərə almadan qlobal bazar qarşıdakı ildə 8,2% artacaq. Ancaq artım tempi daha təvazökar (+5,9%) olacaq.



Analitiklər, həmçinin ayrı-ayrı bazarlar üzrə də proqnozlarını elan ediblər. Belə ki, 2020-ci ildə Braziliyada reklam bazarı 29%, Yaponiyada 20%, Avstraliyada 19%, Fransada 15%, Böyük Britaniyada 12,5%, ABŞ-da 7,5%, Çində 2,8% azalacaq.