Unilever kompaniyası artıq, aydınladıcı, ağardıcı, işıqlandırıcı (daha dəqiq ifadə ilə whitening, lightening, fairness) sözlərini özünün dəriyə qulluq məhsullarının qablaşdırma etiketində istifadə etməyəcək.


Facemark.az xəbər verir ki, bu haqda şirkətin saytında məlumat verilib.


Unilever kompaniyası belə bir qərarın səbəbini də elan edib. Şirkətə görə, belə adlandırmalar vahid, ideal gözəllik mənasına gəlir. Bu isə şirkətə görə doğru deyil.


Açıqlamada deyilib ki, dəyişiklik bütün Asiyada satılan, dərini parıldadıcı krem olan Fair & Lovely təsir edəcək. Həmçinin, Unilever-dən deyiblər ki, adıçəkilən məhsul və onun qablaşdırılması ilə bağlı bir çöx ölkədə reklam və kommunikasiyasında dəyişiklik edilib. İndi şirkət adıçəkilən məhsul üçün fərqli adlandırma axtarışındadır.


Xatırladaq ki, daha əvvəl kosmetika və gigiyenik məhsulların istehsalçısı Johnson & Johnson bildirmişdi ki, onlar dəridən qara ləkələri aradan qaldıran məhsulun istehsalını müvəqqəti dayandırır. Şirkətdən demişdilər ki, belə məhsuldan istifadə edən istehlakçılarından çoxu öz dərilərinin rəngini açmaq üçün istifadə edib. Amerikan şirkəti Dreyer də öz məhsulunun xarakteristikasında dəyişiklik edib. Söhbət Eskimo Pie desert-indən gedir. Kompaniya deyir ki, onlar belə adlandırma ilə Alyaska, Çukotka, Qrenlandiya, şimali Kanadada yaşayanların heysiyyətinə toxunmaq istəmirlər.


“Şirkət olaraq irqçi bərabərliyini dəstəkləyirik, belə adlandırmanı təhqiredici hesab edirik”, - deyə kompaniyanın açıqlamasında bildirilib.


Bir çox Amerika şirkətinin belə bir qərar verməsində səbəb ABŞ-da və digər ölkələrdə Black Lives Matter şüarı ilə keçirilən etirazlar ilə bağlıdır. Etirazlar isə Minneapolisdə afro-amerikalı Corc Floydun polislər tərəfindən tutularkən ölüdürlməsindən sonra başlamışdı.