bazar günü, 12 iyul 2020

Instagram-ın dizaynında vacib dəyişiklik – Foto

226

Populyar sosial media platforması Instagram yenə bir dəyişikliyə gedir. Bir müddətdir ki, Hekayələr-in (Story) fərqli formalarda sıralanması üçün işləyən Instagram komandası,vacib bir interfeys dəyişikliyi edib.

Facemark.az xəbər verir ki, indiyə qədər platformanın ən üstündə tək sıra ilə sıralanan Hekayələr, edilən dəyişiklik ilə iki qatlı bir görüntüdə yayımlanacaq.

Bilindiyi kimi, Instagram-ın ən üst sıralamasında görünün Hekayələr platforma açıldığı anda yalnız 3 dənəsi görünür və ən çox qarşılıqlı əlaqəyə girən istifadəçiləri ilk sıraya alır.

Digər istifadəçilərə baxmaq üçün isə ekranı sola doğru sürüşdürmək lazım olur. Firma daha yüksək çatımlılıq əldə etmək üçün hekayə-nin ardıcılığını aşağıda da görə bildiyiniz kimi tək sıradan cüt sıra halına gətirdi. Beləliklə, hekayə qutucukları çox daha səliqəli və daha sürətli şəkildə sıralanacaq.

Türkiyədə də aktiv edilən test mərhələsindəki yeni dizayn zamanla bütün istifadəçilər üçün əlçatan olacaq. Bugünkü dövrdə ağıllı telefonların ekranlarının böyüdüyünü nəzərə alaraq, Instagram-ın yeni interfeys dəyişikliyinin daha yaxşı istifadəçi təcrübəsi təklif etdiyini deyə bilərik.

Instagram-a şərh fokuslu yeni funksiyalar

Instagram ötən günlərdə şərhləri toplu silmə funksiyasını test ediyini elan etmişdi. Instagram-da paylaşılan bir paylaşıma çox sayda şərh gələn zaman onları tək-tək silmək lazım olurdu. Bu da şərh sayına bağlı olaraq ciddi zaman ala bilirdi.

Yeni əlavə edilən funksiya ilə istifadəçilər 25 şərhi sürətlə silə biləcək. İstifadəçilər bundan başqa, şərhi sabitləmə, toplu hesab bloklama, toplu şərh silmə funksiyalarını da əldə edəcəklər. İzləyiciləri çox olan istifadəçilər üçün xeyli faydalı olacaq şərh fokuslu funksiyaların yaxın zamanda bütün Instagram istifadəçilərinin istifadəsinə təqdim ediləcək.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün