Dünyanın dörd bir yanında təxirə salınan və ya ləğv edilən konfrans, festivallar karvanına reklam sektorunun ən vaciblərindən biri olan Cannes Lions-da qatılmışdı. Cannes Lions 22-26 İyunda reallaşdırdığı LIONS Live adlı konfransı ilə qlobal reklam sektorundan bir il daha uzaq qalmayacağını sübut etdi.


Facemark.az xəbər verir ki, bu festival çərçivəsində son on ilin ən yaxşı agentliklərinin adını elan edəcəyini deyən Cannes Lions iyundan bəri böyük bir həyəcanla gözlənilirdi.


Cannes Lions-da son 10 ilin ən yaradıcı agentlikləri


- On İlin Holdinq Şirkəti: WPP
- On İlin Network-ü: BBDO Worldwide
- On İlin Agentliyi: AlmapBBDO São Paulo
- On İlin Müstəqil Agentliyi: Wieden+Kennedy Portland
- On İlin Qızıl Palması: MJZ USA
- On İlin Agentliyi: Şimali Amerika: Wieden+Kennedy Portland
- On İlin Agentliyi - Latın Amerika: AlmapBBDO São Paulo
- On İlin Agentliyi - Asiya: Dentsu Inc. Tokyo
- On İlin Agentliyi: Sakit ocean hövzəsi: Colenso BBDO Auckland
- On İlin Agentliyi - Avropa: adam&eveDDB Londra
- On İlin Agentliyi - Orta Şərq və Afrika: VMLY&R Dubai (Y&R Dubai)
- On İlin marketinq markası - Procter & Gamble


Tərkibinə Grey, Ogilvy, VMLY&R və Wunderman Thompson şəbəkələrinin daxil olduğu on ilin holdinq şirkəti


WPP, 2011-2017 illəri ərzində fasiləsiz İlin Holdinq Şirkəti seçilməyi bacarmışdı. Son iki konfransda ABŞ-dan olan rəqibi Omnicom-dan geri qalsa da, WPP agentlikləri son on ildə 40 Grand Prix, 8 Titanium, 464 Qızıl, 844 Gümüş və 1385 Bronz Lion qazanması ilə tarix yazıb.


Omnicom son on ilin holdinq şirkəti statusunu əldə versə də, təkibinə daxil olan BBDO-nun On İlin Network-ü, Almap BBDO-nun isə On İlin Agentliyi və Latın Amerikanın bölgə çempionu seçilməsi ilə iddiasını qorumağa davam edib. Son on ildə BBDO 16 Grand Prix, 150 Qızıl, 281 Gümüş və 471 Bronz Lion qazanıb.


Son on ilin marketinq markası seçilən P&G isə bu ünvanı qazandığı 7 Grand Prix, 2 Titanium, 49 Qızıl, 77 Gümüş və 100 Bronz Lion-a borcudur.