Sosial şəbəkələrdə milyardlarla dollar reklam xərclərinə sahib olan, Dove, Hellman kimi markaların sahibi Unilever il sonuna qədər, Facebook, Instagram, Twitter reklamlarını dayandırmaq haqqında qərar qəbul edib. Coca-Cola isə 1 ay ərzində sosial media reklamlarını dayandırır. Belə nəhəng şirkətlərin sırasına Starbucks da qoşulub.
Facemark.az-ın məlumatına görə, Facebook-un şəbəkədə nifrətin yayılmasının qarşısına keçə bilməməsi, Trampın sosial şəbəkələrə qarşı imzaladığı qərarnamə, bu qərarnaməyə qarşı aldığı münasibət, ABŞ vətəndaşlarının oxlarına hədəf olmasına yol açıb.
Yuxarıda adlarını çəkdiyimiz markalar da bir çox brendlərin başlatdığı #StopHateforProfit kampaniyasına dəstək olublar.
Unilever-in açıqlaması: “Məsuliyyət siyasətimiz və ABŞ-dakı qütbləşmiş atmosferi nəzərə alaraq ən az il sonuna qədər Facebook, Instagram ve Twitter platformalarında marka reklamını yayımlamamamağa qərara gəldik. Buralara reklam vermək hazırda insanlara və cəmiyyətə dəyər qatmayacaq. Vəziyyəti izləyəcəyik, lazım olsa mövqeyimizi təkrar gözdən keçirəcəyik.
Coca-Cola-ın açıqlaması: “Sadəcə Facebook reklamlarını deyil, bütün sosial media reklamlarını 30 gün ərzində dondururuq”. Bildirək ki, şirkətin Facebook-dan başqa, reklam verdiyi platformalar arasında Twitter və YouTube başda gəlir.
ABŞ-ın qəhvə restoranları şəbəkəsi Starbuck-un isə bu qərarı nə vaxta qədər davam etdirəcəyi hələ ki məlum deyil. Kompaniya açıqlamasında isə deyib ki, problemin həlli üçün siyasətçilər ilə biznes dünyasındakı vacib simalar bir araya gəlməli, fikir mübadiləsi aparmalıdır.