Dolların məzənnəsinin artmasından dolayı, Apple-ın Türkiyə qiymətlərini artıracağı uzun müddət idi ki, müzakirə edilirdi.


Facemark.az-ın məlumatına görə, Apple, İyulun 1-dən bəri yeni qiymətlərini təqdim edib və bir çox iPhone modelinin qiymətini artırıb.


Onsuz da ortalamanın üzərində satılan iPhone-ların qiyməti ciddi artım göstərib. Apple-ın ağıllı telefonları, kompüterləri və digər aksesuarlarına gələn artımla birlikdə, hətta bəzi məhsullarında 30%-a yaxın artım olub.


İyulun 1-dən olan qiymətlər:



Apple-ın digər məhsullarının da qiyməti artdı


Apple-ın artımı, təkcə iPhone ilə məhdudlaşmadı. Qiyməti 6399 TL (1589 manat-red.) olan 11 inçlik iPad Pro, artıq 6699 TL-dən (1664 manat-red.) satılmağa başladı. Apple Watch Series 3 isə təxminən 1499 TL (373 manat-red.) olan qiymətini 1749 TL-yə (435 manat-red.) yüksəldib.


Ötən aylarda təqdim edilən yeni MacBook Air 7999 TL (1986 manat-red.) olan qiymətini 8699 TL (2160 manat-red.) olaraq yeniləyib. 16 inç MacBook Pro-nun qiyməti isə 18 299 TL-dən (4544 manat-red.) 20 199 TL-yə (5016 manat-red.) yüksəlib.



Apple-ın qiymət artımına getdiyi digər məhsullar arasında AirPods da var. 1899 TL-yə (472 manat-red.) satılan AirPods Pro artıq 2099 TL-dən (522 manat-red.) satılmağa başlanıb. AirPods isə 1099 TL-lik qiymətini 1299 TL-yə yüksəldib. Mac Pro isə 42999 TL-lik qiymətini 9200 TL artırdı və 52199 TL-dən satılmağa başlandı.