Kim Kardaşyan özünün kosmetika şirkəti West Beauty-nin bir hissəsini Coty kompaniyasına satır. Müqavilənin dəyəri isə 200 milyon dollar qiymətləndirilir. Coty-nin araşdırmasına görə, bu halda Kardaşyanın bütün şirkətinin dəyəri 1 milyard dollar qiymətləndirilir.


Facemark.az-ın məlumatına görə, tərəflər arasında müqavilə isə növbəti ilin əvvəlində reallaşacaq.


Tərəflər arasındakı razılığa görə, Kardaşyan 72%-lik səhmi ilə yenə də şirkətdə əsas səhmdar olaraq qalacaq. Şirkətdə 8%-lik səhm isə onun anası Kris Cenner-ə aiddir. Kris yenə də şirkətdə yaradıcı strategiyadan məsul olaraq qalacaq. Coty -nin özü isə kosmetika sahəsinin xaricində məhsul yaratmağa fokuslanacaq.


Tərəflər arasında şəriklik isə onların kosmetika ilə bağlı yeni məhsullar yaratmağa və daha qlobal bazara çıxış imkanı verəcək.


Kim Kardaşyanın özü isə bu şəriklik ilə bağlı deyib ki, Coty markası ilə olan əməkdaşlıq onun brendlərinin bütün dünyada tanıtımına şərait yaradacaq və yeni məhsulların yaradılması üçün təkan olacaq.


Xatırlatmaq yerinə düşər ki, Coty kompaniyasına belə markalar Marc Jacobs, Calvin Klein, Gucci, Hugo Boss, Tiffany & Co, Burberry, Miu Miu, COVERGIRL, Max Factor və s. daxildir. Bir il öncə isə şirkət Kardaşyanın kiçik bacısı Kayli Cennerin kosmetika şirkəti Kylie Cosmetics-dən 51%-lik səhm almışdı.


Bildirək ki, ötən il Kardaşyan özünün uzun müddətdir ki, gözlənilən bədən korreksiyaedici alt paltar kolleksiyasını hazırladı. Skims-in bazara çıxarılması ətrafında o qədər ajiotaj var idi ki, bir neçə dəqiqə Kardaşyana 2 milyon dollar qazandırdı.