çərşənbə, 2 dekabr 2020

Dünyanın ən məşhur loqotipinin müəllifi vəfat etdi – Foto

723

ABŞ-da əfsanəvi qrafik dizayner Milton Qleyzer 91 yaşında vəfat edib.

Facemark.az xəbər verir ki, bu haqda The New York Times onun həyat yoldaşı Şirli-nin sözlərinə istinadən yazıb.

Qleyzer – 1977-ci ildə yaratdığı “I Love New York” loqotipinin müəllifidir. O, sonradan dünyanın ən məşhur loqotipinə çevrildi.

O, eyni zamanda keçən əsrin 60-cı illərində New York Magazine-nin yaradıcılarından biri olub. 1974-cü ildə isə özünün şəxsi dizayner şirkəti Milton Glaser, Inc.-i qurub. O, keçən əsrin vizual mədəniyyətini poster, jurnal və kitab üz qabıqlarında əks etdirməyi bacarıb.

Yayımın xəbərində deyilib ki, cənab Qleyzer reklam sahəsində qatı məhdudiyyətlərin olduğu bir dövrdə bu sahəyə qəribə, mizah dolu tərz gətirib.

Qleyzer qlobal istiləşmə problemindən narahat idi. O, ətraf mühitin qorunması ilə bağlı PR kampaniyada It's not warming, it's dying şüar və loqotipi də ərsəyə gətirmişdi.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün