Avtomobil brendinin yeni qlobal partnyoru Omnicom Group olub.


Peugeot qlobal tender həyata keçirdi və özünün kreativ partnyorunu seçdi.


Facemark.az xəbər verir ki, 2021-ci ildən avtomobil brendinə Omnicom Group marketinq dəstəyi verəcək.


Şirkət yeni müştərisi üçün ayrıca agentlik yaradır o isə O.P.EN (Omnicom for Peugeot Engine-ın qısaltması) adlanır. Bildirilib ki, O.P EN ayrı agentlik kimi fəaliyyət göstərsə də, Omnicom-un bütün yaradıcı və texnoloji resursuna giriş əldə edəcək. Onlar marketinq, kommunikasiya strategiyaları, kreativlivlik və innovasiya təcrübəsindən istifadə edərək, layihə və bazardan asılı olaraq problemi həll edəcəklər.


Üçillik əməkdaşlıq Peugeot-un böyüməyi hədəfləyən qlobal planları ilə üst-üstə düşür. Xüsusilə, agentlik brendin transformasiya prosesinə, rəqəmsallaşmasına və onun yeni mobilliyinin təmin edilməsinə dəstək olacaq.


Avtomobil brendi 30 ildir ki, Fransanın BETC və Havas agentliyi ilə əməkdaşlıq edib. Kompaniya brendin inkişafında göstərdikləri dəstəyə görə, adıçəkilən agentliklərə təşəkkürünü bildirib.