şənbə, 8 avqust 2020

Rafiq Hunaltay “Libraff” kitab mağazasının canlı yayımında kitab oxumaq barədə danışıb

472

“Libraff” kitab mağazasının əməkdaşı marketoloq Rafiq Hunaltayla “Bu günün marketinqi” və mütaliə haqqında müzakirə aparıb.

O, canlı yayımda, praktiki Bu günün marketinqi 3 kitabının ərsəyə gəlmə səbəbindən də bəhs edib:

“Sosial medianın bir çox müsbətləri ilə yanaşı, mənfiləri də var. Sizin orda yazdıqlarınız çox tez gözdən itə bilər. Məsələn, bir il öncə hansısa məsələ haqqında yazdığınız fikrinizi axtarıb tapmaqda belə çətinlik çəkirsiniz. İnformasiya axını o qədər çox tez yenilənir ki, yeni məlumatlardan pay almaq asan olmur. Amma faydalı məlumat itib-batırsa bunun özü yaxşı hal deyil. Ona görə də qərara gəldik ki, marketinqlə bağlı praktiki yazılar yazan şəxslərin yazılarını bir mənbədə cəmləşdirək”.

Rafiq Hunaltay deyib ki, peşəsindən asılı olmayaraq hər bir şəxs bir istiqamətdə inkişaf etməməlidir:

“Hər bir peşə sahəsinin adamları bir istiqamətdə inkişaf etməməlidirlər. Çünki istiqamət bir sahədə olduqda düşüncədə də darlaşma baş verir. Xüsusən də marketinq yaradıcı sahədir. Ona görə də, sizə çox güclü kontent lazımdır. Belə güclü kontenti isə təkcə rasional düşünərək əldə edə bilməzsiniz. İnsanlar ilə aranızdakı bağı gücləndirəcək emosional bağ, kontent lazımdır. Bu kontentlər də ədəbiyyat, tarix, psixologiyada var”.

Canlı yayımı daha ətraflı izləmək üçün aşağıdakı videoya keçid edə bilərsiniz.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün