Texas Medical Birliyi pandemiya dövründə davranış ilə bağlı risk dərəcələrini göstərmək üçün 1-dən 10 qədər şkala hazırlayıb. Birlik aşağı və yuxarı risk sahələrini müəyyən edib. Aşağıdakı siyahıya baxaraq aşağı riskli gündəlik fəaliyyətlərimizi müəyyən edə bilərik. Əslində bu siyahıya görə, evinizdə oturun demək daha doğru olar!


Ən aşağı risk sahələri: Poçt qutusunu açmaq, restorandan sifarişinizi alıb evdə yemək, benzin almaq, tennis oynamaq, düşərgəyə getmək. Risk balı: 1-2



Aşağı orta dərəcədə risk olan sahələr: Mağazaya getmək, yerimək, qaçmaq, velosipedə minmək və bunun kimi fəaliyyətlər.. Qolf oynamaq, bir oteldə 2 gecə qalmaq, həkim müayinəsindən keçmək, kitabxanaya, muzeyə getmək, restoranın açıq sahəsində yemək yemək, şəhərdə insan axının çox olduğu yerdə yerimək, hansısa küçədə 1 saat vaxt keçirmək. Risk balı: 3-4


Ortalamadan bir az yüksək risk sahələri: Başqalarının evində yemək yemək, hər-hansı bir nəfərlə bağda kabab yemək, sahilə getmək, alış-veriş mərkəzinə getmək, uşaqları məktəbə, düşərgəyə, uşaq bağçasına göndərmək, ofis binasında bir həftə işləmək, ortaq istifadə edilən hovuzda üzmək, yaşlı qohum və dostları onların evində ziyarət etmək. Risk balı: 5-6


Yüksək ortalama risk sahələri: Saç salonuna getmək, restoranda yemək yemək, toy və ya yasda iştirak etmək, təyyarə ilə səyahət, baskebol, futbol oynamaq, kimisə qucaqlamaq və ya əlini sıxmaq. Risk balı: 7


Yüksək risk sahələri: Kafedə yemək, idman salonuna getmək, əyləncə parkında gəzmək, teatr, kinoya getmək, böyük bir musiqi konsertinə qatılmaq, böyük stadiona getmək, dini ibadətlərə qatılamaq. Bara getmək. Risk balı: 9


Risk şkalası 9 ilə bitir. Məncə, 10-cu şkala da COVID-19 olduğunu bilə-bilə ailədən, dostlardan biri ilə eyni mühitdə olmaq, hətta gedib onu qucaqlamaq daxildir. Keçmiş olsun.