Çinin texnologiya nəhəngi Huawei, tarixində ilk dəfə Samsung-u da keçərək ən çox telefon göndərişi edən istehsalçı olmağı bacarıb.


Koronavirus epidemiyası ilə enmə trendinə daxil olan ağıllı telefon sektorunda satış rəqəmləri məlum olub.


Counterpoint Resarch-ün yayımladığı hesabata görə, Huawei siyahıda 19-luq pay ilə birinci sırada qərarlaşarkən, Samsung 17% ilə ikinci, Apple isə 13%-li pay ilə üçüncü oldu.


Huawei ilə bağlı müsbət dinamika təkcə yuxarıdakı siyahı ilə bağlı deyil


Boston Consulting Group-un (BCG) sektordakı axsama və dəyərləndirmə ilə bağlı illik hesabatında 2500 qlobal innovasiya istehsalçısı araşdırılıb. Bu hesabatda Huawei 2020-ci ildə dünyanın ən innovativ 50 şirkəti arasında 6-cı oldu.


Məsələ ilə bağlı açıqlama verən, Huawei-in nümayəndəsi deyib ki, şirkət illərdir ki, innovasiyaya böyük investisiya edir: “Biz təxmin edirdik ki, BCG-nin tərtib etdiyi 50 innovativ şirkət arasında yer ala bilərik. Amma qlobal brendlər arasında 6-cı olmağımızı təxmin etmirdik. Bu doğrudan da bizi çox xoşbəxt etdi”.


Qeyd edək ki, Çinin texnologiya nəhənginin son 10 ildə illik gəlirlərinin 10%-ni araşdırma və inkişafa (AR-GE) investisiya etdiyini nəzərə alaraq belə uğurların təsadüfi olmadığını deyə bilərik.


Huawei-in rəhbəri ilə bağlı daha əvvəllər hazırladığımız fmr video çarxa isə aşağıdakı videodan baxa bilərsiniz.


Mənbə: Sputniknews