Garage brendlərə sosial şəbəkə və axtarış motorlarında kampaniyanın effektivliyini izləmək və daha az vaxt xərcləməsinə kömək etmək üçün yaradılıb.


Microsoft kompaniyası kiçik və orta bizneslər üçün Garage layihəsi adı altında vahid reklam platforması hazırlayır.


Facemark.az xəbər verir ki, Mediapost nəşrinin yazdığına görə, onun köməyi ilə brendlər Facebook, Instagram, LinkedIn kimi sosial platformalarda və Bing, Google kimi axtarış sistemlərində reklam yerləşdirə biləcəklər.


Garage bütün platformalar üzərindən reklam fəaliyyətinin effektivliyini izləmək və bir çox kanallarda reklamı optimallaşdırmaq imkanı təqdim edir.


Platforma reklam və açar sözləri avtomatlaşdırmaq üçün hazırlanıb. Garage istifadəçiləri kompaniyanın adı və telefon nömrəsi də daxil olmaqla, sistemdə ən çox 10 profil yerləşdirə bilərlər. Daha sonra reklam kampaniyasının ərsəyə gəlməsi səbəbini, sayta trafik və oflayn satış nöqtələri, telefon zənglərinin sayını artırmaq kimi nüasnları qeyd etmək lazımdır.


Qeyd etmək yerinə düşər ki, platformada iki növ reklam mövcuddur: mətnli və video. Qrafik və mətnli reklamları Facebook və Instagramda yerləşdirilir və seçilən kateqoriya əsasında ərsəyə gətirilir. Öncədən hazırlanan reklamların yerləşdirilməsi isə mümkün deyil. Garage-nin fəaliyyətinin çox hissəsi süni intellekt ilə idarə edirlir. Mediapost nəşrinin yazdığına görə, belə texnologiya kampaniyanın yaradılması və onun keyfiyyətinin qiymətləndirilməsinə daha az vaxt sərf etmək üçün resursdur. Bu daha çox kiçik və orta bizneslər üçün idealdır.


Bildirək ki, daha əvvəl belə bir addımı Disney kompaniyası etmişdi. O Advertising Platforms adlı vahid reklam platforması yaratmışdı.