Alphabet Inc.-in Rusiyadakı törəmə şirkəti Google-un gəlirləri 2019-cu ildə 25% artım nümayiş etdirib və 74,9 milyard rubla çatıb.


Facemark.az-ın məlumatına görə, bu haqda “SPARK-İnterfax” şirkətinin baza məlumatlarında qeyd edilib.


Artım tempi ikinci ildir ki, ardıcıl olaraq azalır, əgər 2017-ci ildə kompaniyanın gəlirləri 51% artım nümayiş etdirmişdisə, 2018-ci ildə isə bu dinamika 32% olub. Xalis mənfəət isə ilbəil azalmağa davam edir. Belə ki, 2017-ci ildə 5,8 milyard rubl, 2018-ci ildə 2,9 milyard rubl (-50%), 2019-cu ildə 871,8 milyon rubl (-70%).


AKAR-ın qiymətləndirməsinə görə, Rusiyada Google-un əsas reklam mənbələrinə internet-reklamı daxildir. Gəlirliliyi 20% olub. Dijital yeganə sahə olub ki, ili plus ilə başa vurub. Bazarın həcminə baxaraq bunun 244 milyard rubl olduğunu demək olar, Google-un payının 31%-ini onlayn-büdcə təşkil edir.


GroupM-in proqnozuna görə, 2020-ci ildə Rusiyada internet-reklamı 6% azalma nümayiş etdirəcək.


Google-un bu bazardakı əsas rəqibi olan Yandex-in gəlirləri ötən il 175,4 milyard rubl olub, reklam gəliri 121,7 milyard rubla çatıb.