bazar günü, 20 sentyabr 2020

Netflix-ə yeni marketinq direktoru təyinatı – Foto

459

Netflix-də marketinq direktoru (CMO) vəzifəsini 2019-cu ilin iyuldan bəri idarə edən Jackie Lee-Joe şəxsi səbəblərdən dolayı ayrılıq qərarı alıb.

Facemark.az xəbər verir ki, indi şirkətdə CMO vəzifəsini icra edəcək şəxsin adı açıqlanıb.

Endeavor CMO-su Bozoma Saint John, qarşıdakı ayda bu vəzifəni icra edəcək.

Bozoma Saint John; Disney+, HBO Max ve Peacock kimi yeni oyunçuların bazara daxil olduğu və rəqabətin qızışdığı bir vaxtda bu vəzifəni icra edəcək. Həmçinin onun çalışdığı period başda ABŞ olmaqla, şirkətlərin işçi bərabərliyini dəstəklədiyi bir zamana təsadüf edəcək.

O, Netflix-ə, xüsusilə hekayə danışmağın qlobal və sosial rifah baxımından kritik vacib olduğu bir dövrdə qatılmaqdan həyəcanlı olduğunu dedi.

Saint John, Endeavor-dan daha əvvəl Uber, Apple Music və PepsiCo-da çalışıb.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün