Coca-Cola COVID-19-un qaranlıq krallığında bir işıq şüası tapıb. Reklam çarxında sevdikləri ilə sevgi ilə hazırlanan yemək ortaya çıxıb. İnsanlar pandemiya dövründə ailə rituallarının rolu barədə yenidən düşünüblər.


Birgə yemək hazırlamaq və birgə yemək yemək onlara bir çoxlarının artıq unutduğu təcrübə verib. Birlikdə ailə yeməklərinin sevincini xatırladan çarx - The Great Meal koronavirus məhdudiyyətlərinin tətbiq edilməsindən bəri markanın ilk yaradıcı işidir.



The Great Meal şirkətin #togethertastesbetter (#birlikdədadlıdır) yay rekam kampaniyasının bir hissəsi hesab edilir. 90 saniyəlik videoda 8 fərqli ölkədən 13 real ailə iştirak edib. Onlar özlərinə məxsus resept ilə yeməklər hazırlayıblar, masa arxasına dostları və yaxınlarını dəvət ediblər. Bütün çəkiliş prosesi isə məsafədən həyata keçirilib.


“Film qida ilə Coca-Cola arasındakı bağı nümayiş etdirir. Çarx bir daha bu faktı xatırladır ki, ən sadə şeylər- əslində bizim üçün ən vacib olanlardır”, - deyə şirkətin Şimali Amerika üzrə marketinq direktoru Rass Mişner deyib.


Kompaniyadan bildirilib ki, çarxın brif halından efirə çıxması 12 həftə vaxt aparıb. Anomaly agentliyi bu prosesə rəhbərlik edib - film qruplarını seçib və COVID-19 dövrünün bütün tələblərinə uyğun olaraq Şanxay, Orlando, San Jose, Kiyev, London, Mexiko və digər şəhərlərə göndərib. Rejissor Kim Qeriq və operator Ceyms Lekston işin gedişatını nəzarətdə saxlayıb. Çəkilişlərin özü isə videokonfrans rejimində həyata keçirilib.


Kreativ iş özündə 8 videonu, həmçinin çöl və in-store reklamlarını əhatə edir. Pandemiyada insanları birləşdirən məqamlar haqqında videolar isə iyul ayı ərzində reallaşacaq. Bütün çəkilişlər Kopenhagendə özünütəcrid dövründə filmə çəkilib.