ABŞ hökuməti TikTok-u ölkəsində qadağa etməyi istisna etmir.


Facemark.az-ın məlumatına görə, bu haqda Fox News telekanalına dövlət katibi Mayk Pompeo deyib.


Dövlət katibi müsahibələrinin birində bildirib ki, Çin tətbiqini bloklamaq lazımdır və onlar Avstraliya və Hindistan nümunəsi üzərindən gedəcəklər.


Dövlət katibinin sözlərinə görə, adıçəkilən məsələ dövlət səviyyəsində müzakirə edilir. Mayk Pompeo Amerika vətəndaşlarına da xəbərdarlıq edib və bildirib ki, onlar TikTok-dan istifadə edən zaman daha ehtiyatlı olmalıdırlar. Çünki şəxsi məlumatları Çin Kommunist Partiyasının əlinə keçə bilər.


O, daha əvvəlki təcrübə üzərindən gedib və insanlara xatırladıb ki, onlar Çin ZTE və Huawei şirkətlərinin işində milli təhlükəsizliyə təhdid faktları aşkar etmişdilər. Hökumət Çini casusluqda ittiham etmişdi.


Bundan başqa, BBC nəşrinin yazdığına görə, TikTok Şanxaydakı fəaliyyətini Çinin milli təhlükəsizlik qanununa görə, dayandırmaq qərarına gəlib. Qanunun tələblərini pozanları isə hakimiyyətə, separatçılığa və xarici qüvvələr ilə əməkdaşlığa görə, ömürlük həbs cəzası gözləyir.