E-ticarət saytları üçün, WhatsApp, Facebook Messenger, Live Chat kanalları üzərindən asanlıqla sifariş almağınıza və sifarişləri idarə etməyinizə kömək olacaq platforma olan DialogTab istifadəyə verilib. Çoxlu kanal dəstəyinə malik olan platforma, paneldən ayrılmadan istifadəçiləri birbaşa satışa istiqamətləndirir. Platformanın ən vacib xüsusiyyətlərindən biri isə satış mütəxəssislərinin performanslarını çox yaxından izləməyinizə kömək olmasıdır.



WhatsApp Business, Facebook Messenger və Live Chat kimi çoxlu kanal dəstəyini bir paneldə toplayan DialogTab, müştərilərinə ən aktiv olduqları məcralar üzərindən satış edərək və ya satışa təşviq edərək nəticələri artırmağı hədəfləyir.


DialogTab-ın əsas xüsusiyyətləri


1.DialogTab-dan sifariş alarkən, platformanı tərk etmədən məhsul axtarışı və məhsulun bütün detallarını istifadəçilər ilə paylaşa bilərsiniz. Beləliklə, satış mütəxəssisləri paneldən ayrılmadan istifadəçiləri birbaşa satışa yönləndirə bilər.


2.Link üzərindən məhsul axtarışı e-ticarət API-ları ilə yerinə yetirilir, ancaq məhsul axtarışı isə süni intellekt texnologiyası ilə dəstəklənir.



3. DialogTab, satış mütəxəssislərinin performanslarını çox yaxından izləmənizə kömək olur. Real zamanda hər bir satış mütəxəssisinin hərəkətlərini izləyə bilirsiniz. Eyni zamanda, ümumi satış rəqəmləri ilə nəticələri analiz edə bilirsiniz.


4. DialogTab markaların ehtiyaclarına uyğun olaraq Start, Grow, Scale ve Enterprise adlı paketləri təklif edir. Aylıq isə 19 dollardan başlayır.