şənbə, 24 oktyabr 2020

Müasir dövrün trendi TikTok: Markalar platformada pul xərcləsinlərmi?


Ülviyyə Əlizadə


820

TikTok sizin brendinizin internetdə təşviqi üçün uyğundurmu? Bugünün trend platformasını ciddi qəbul edib ona büdcələr ayırmağa dəyərmi? Bu sualın cavabı da yenə sual doğurur. TikTok-dakı auditoriya sizin üçün nə qədər maraqlıdır?

TikTok-un auditoriyası ilə bağlı statistika

TikTok ilə bağlı Sizlər üçün maraqlı faktları bir araya yığdım, bu isə onu göstərir ki, sosial platformada təkcə yeniyetmələr “oturmur”.

- TikTok-dan dünya üzrə hər gün 800 milyon insan istifadə edir.

- TikTok-un auditoriyası 75 dildə danışır.

- Xidmət il ərzində gündə 1 milyon baxışa çatıb.

- Tətbiqi yükləyənlərin 90%-i Android istifadəçiləridir.

- Gün ərzində TikTok-dakı 10 istifadəçidən 9-u bir neçə dəfə platformaya daxil olur.

- Platformada orta engagement 52,1%-dir.

- İstifadəçilərinin 41%-i 16-24 yaş aralığındadır.

- Orta amerikalı tiktokerin ailə gəliri 100 00 dolları ötür.

- Qonşu ölkə Rusiyada 8 milyon insan isə aktiv şəkildə TikTok-da vaxt keçirir (2019-cu ilin məlumatı)

- Gündəlik olaraq Rusiyalılar əlavəni 7 dəfədən çox açırlar. Orada 39 dəqiqə vaxt keçirirlər. Qadın istifadəçilərin sayı isə 58%-dir.

- Rusiyada adıçəkilən platformadan istifadə edənlərin yaş aralığı isə belədir: 13-17 yaş (43%), 18-24 (33%), 25-34 (21%) və 35+ (3%).⠀

TikTok auditoriyasının əsas davranışları

1.Yaradıcılıq və əyləncənin məkanı - TikTok videoları insanların vaxtlarını keçirə biləcəkləri sevimli əlavələrindən birinə çevrilir.

2. Tam konsentrasiya - İstifadəçilərin əksəriyyəti TikTok-u izləyən zaman, TV-yə konsentrasiyasını dağıtmırlar. Tam olaraq diqqətlərini əlavəyə cəlb edirlər.

3. Günün istənilən zamanında diqqət - TikTok istifadəçiləri günün istənilən vaxtında buradakı kontentə baxırlar.

4. Təbiiliyə heyran olmaq - TikTok-un müasir istifadəçiləri təbbi və aqressiv olmayan hekayələrin paylaşılmasına üstünlük verirlər.

5. Təkrar baxışlar. TikTok istifadəçiləri həştəq cellenclərinə daha çox baxırlar. Buna görə də, onlar markalardan gələn mesajları mütləq görəcəklər.

TikTok ilə bağlı da öz müşahidələrimi qeyd etmək istəyirəm. Əsasən bu platformaya daxil olanda gülürsən ki, görəsən orda oturanlar nə iş görür. Amma onu deyə bilərəm ki, sözün əsl mənasında asılılıq yaradır. Hətta özün belə video çəkib paylaşmaq istəyirsən.

Bir neçə gündür TikTok-a qeydiyyatdan keçmədən, giriş etmişəm. Kəşf Et-də qarşıma çıxanlara baxıram.

- Fərqli insanlar qısa saniyələr ilə çəkilişlər edirlər, maraqlı gəlir. 1-ci dəfə daxil olanda bir xeyli videoya baxdım. Daim nəsə paylaşım edən adi bir istifadəçinin 50-60 min izləyicisi olur.

- Amma orda oturanların çoxu da ər-arvaddan ibarətdir. Sanki, hər kəsi evlənməyə təşviq edir. Bəzən də trenddə olan videoları təkrarlayırlar. Çox zaman da adi məişət məsələlərini zarafatyana çəkirlər.

- YouTube-dan fərqli olaraq, əlavə səs və effektlər saniyələrlə davam edən videoya dinamika qatır.

- Orda paylaşımların çox qismi də yenə ona buna atmaca atmaq (xüsusən qızların), oğlanların isə qızlardan şikayəti üzərində qurulub. Facebook yeni açılanda belə idi. Hər kəs öz divarında atmaca atırdı. İndi böyük brendlər belə platformada reklam yerləşdirir.

- Ha bir də video çəkib türklər demiş "mağdur edebiyyatı" edənlər də var.

- Rəsmi səhifələr də gördüm, normalda digər sosial şəbəkələr də onları izləmərəm, amma həmin platformada çox maraqlı gəlir. Xüsusən də qısa olması və fonda musiqinin olmasına görə, dinamika hiss etmək olur.

- Bir də TİkTok-da dövlət problemlərini həll etmək istəyənlər də var ki, çox gülməli gəldi mənə. Çünki, ciddi təəssürat yaratmır.

- Parodiyalar çox əla alınır, keçən dəfə Elza xanımın ifasını parodiya etmişdi. Xeyli kefimi açmışdı.

- Bəzən yeniyetmələrin küçədə videolar çəkdiyini görürəm. Öz aralarında bir-birilərinə TİKTOK-laşaq deyirlər. Maraqlı ifadədir.

- İzlədiyim YouTube-lardan biri yeni kanal açmışdı TikTok-da təxminən bir neçə həftəyə xeyli abunəçisi yaranıb. Ola bilər YouTube abunəçiləridir, amma yenə də platformada artım çox sürətlə gedir.

- Əlavəni telefonuma yükləyəndən bu yana demək olar ki, danışdığım mövzular üzərindən videolar qarşıma çıxır. Bu da, əlbəttə, beyinlərdə bir sual yaradır. İzlənirik mi?

- Yəqin ki, bilirsiniz TikTok-un rəhbərliyi tapşırıb ki, bu şirkətdə çalışan hər bir işçinin öz hesabı olmalıdır və səhifəsində paylaşımlar getməlidir.

- Onu da əlavə edim ki, son günlər isə platformanı Hindistan, Şanxay və Avstraliyada istifadəsinə qadağa qoyublar. Hətta Amerika da belə qərarın qəbulunu dövlət səviyyəsində düşünür. Səbəb kimi isə istifadəçilərinin təhlükəsizliyini ön plana atırlar.

Amma statistika və istifadəçilərin davranışlarına, əsasən belə nəticəyə gəlmək olar ki, TikTok daima inkişaf edir və reklamverənlər və biznes üçün ciddi platformalardan birinə çevrilir. Bu anı qaçırmayın! Platformanın enerji dolu və maraqlı istifadəçiləri ilə kontakta keçin.

Sonda bildirim ki, biz hər həftə facemark.az üçün fmr videolar ərsəyə gətiririk. Onlardan biri də məhz TikTok-un rəhbəri ilə bağlıdır. Düzdür onun haqqında çox az məlumat məlum olsa da, əsas faktlar isə belə olub. O faktlar nədir? Videonu izləməyi məsləhət görürəm.

Özününə yaxşı baxın!

Ülviyyə Əlizadə, facemark.az redaktor

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün