şənbə, 8 avqust 2020

SEO təlimləri almağın marketoloq üçün önəmi


Murad Niftalizadə


391

Belə hesab edirəm ki, bu gün djital marketinq - marketinq kateqoriyaları içərisində ilk sıralarda yer alır. Və dijital marketinqin əsasını sosial şəbəkələr təşkil edir, yanaşması heç də yanlış deyil. Amma şirkətinin və ya markanın ümumilikdə desəm brendin, şəxsi saytının olması onun prestijini hər zaman bir pillə daha yuxarıya çəkəcək. Marketinq kateqoriyaları içərisində, SEO-nu daha çox dijital marketinq bölümünə aid edirəm. Nəzərə alsaq ki, brend menecerlere bu daha çox sərf edir, deməli SEO-nun bu kateqoriya menecerlərədə böyük töhfəsi olacaq.

Yuxarıda da qeyd etdiyim kimi SEO-nu daha çox dijital marketinq bölümünə aid edirəm. O zaman, SEO-nun nə olduğuna qısa nəzər salaq.

SEO (Search Engine Optimization ) - Axtarış motorunun optimallaşdırılmasıdır. Bu sadəcə hərfi mənadır. SEO ilə saytın axtarış sistemində tapılmasını, ilk sıralarda yer almasını reallaşdıra bilərik. Ola bilsin, bu İnformasiya Texnologiyaları (IT) mütəxəssislərinin işi kimi görünə və hətta elə ola bilər, amma marketoloq öz sahəsini dərinliyi ilə bildikdə axtarışın burda nə qədər böyük rolu olduğunu anlayır.

Təlimlər bitdikdən sonra açar sözlər daxil edilən zaman axtarış sistemində səhifəmizin (saytımızın) ilk sıralarda yer alması mövzusunu peşəkar şəkildə bacarmış olacayıq. İşimiz bu sahəyə tam aid olmasa belə, bilməkdən zərər gəlməz deyə düşünürəm. Ən qiymətli investisiyamız olan zamanımızı bu sahəyə sərf etməyə dəyər.

SEO təlimləri almaq, bizi bu sahədə təcrübəsiz olmaqdan qurtardığı kimi, yeni bir alternativ də yaratmış olur. Ödənişli reklam etməklə cəlb olunan müştərilər və ya SEO ilə daha az maliyyə olmaqla qazanılan müştərilər kimi seçimlər olur qarşımızda. Maliyyə çatışmazlığı bəzi yeni yaranan və kiçik şirkətlər üçün problem ola bilər. SEO burada şirkətin marketoloquna kömək edəcək. Xüsusilədə marketoloq öz şəxsi biznesini qurmağa qərar veribsə.

Bəs SEO bacarıqlarımızı necə inkişaf etdirək?

Bunun üçün sosial şəbəkələrdə, axtarış sistemlərində yetəri qədər məlumat və ödənişsiz dərslər var. Əgər, fərdi və müəllimdən dərslər almaq istəyiriksə bunun üçün kurslar mövcuddur. Amma, ödənişsiz dərslərin sayı və keyfiyyəti yetəri qədər yüksəkdir.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün