Koronavirusdan dolayı biznes dünyasının bir qismi məsafəli çalışma modelinə keçid edib və bu artıq qaçılmaz olub. Bu günlərdə bir çoxumuz iş, iclaslarımızı zoom və oxşar video konfrans platformalarında edirik. Bu artıq normal həyat tərzimizin bir hissəsi hesab edilir.


Facemark.az-ın məlumatına görə, bu vəziyyətdə bir çox universitet təhsilə fasilə verdi, bir çoxu isə onlayn təhsilə keçid etdi.


ABŞ-ın nüfuzlu təhsil müəssisələrindən biri olan Harvard Universiteti də gələcək il bütün dərslərini internet üzərindən verəcəyini elan edib.


Qurumdan verilən məlumata görə, illik təhsil haqqı 50 000 dollar olmağa davam edəcək. Bundan başqa, bakalavr tələbələrinin 40%-i universitet şəhərciyində qalmağa davam edəcək. Amma tələbələr şəhərcikdə qalmağı seçsələr belə, dərsləri internet üzərindən alacaqlar.


Yeni qaydalara görə, tələbələrin qaldıqları yataqxanaya ziyarətçi qəbul edilməyəcək. Hətta bir yataqxanada qalanların, digərinə ziyarəti qadağa olunacaq.