şənbə, 8 avqust 2020

Azərbaycan Beynəlxalq Bankı “Bakı Marketinq Forumu”nu təşkil edir: Proqram açıqlandı – Foto

436

Dəyişən müştəri davranışına uyğun brend hekayəsinin yaradılması

Niyə hekayələr ənənəvi reklamlardan daha böyük təsir gücünə malikdir? Brend hekayələrində insanların diqqətini çəkən nədir? Bu sualın sadə bir cavabı var: hekayələr ağıla nüfuz etdiyi kimi duyğulara da toxunur. Ona görə də insanlar hekayələri, adətən, unutmurlar. Bir hekayə müştəri ilə brend arasında bağlantı yaradır. Onların diqqətini məhsul çeşidlərinə cəlb edir.

“Brend hekayələri, dodaqdan çıxan sözlər hər kəsin ən güclü təmas nöqtəsidir”, - McKinsey şirkətinin partnyoru, şirkətin Avropadakı marketinq təcrübəsinin liderlərindən Tomas Bauer 2018-ci ildə nəşr olunmuş “Hədəf marketinq” kitabında belə yazır.

Sözün gücü heç zaman dəyişməmiş qala bilər. Brend hekayələrini gücləndirən vasitələr, kanallarsa dəyişir. COVID-19 da dəyişiklik zamanıdır.

COVID-19-dan sonra markalar bir tərəfdən emosiyaların, bir tərəfdən də yeni texnologiyaların təsiri ilə istehlakçı davranışlarında baş verən dəyişikliklərə necə uyğunlaşacaqlar?

Yaranmış vəziyyətdə markalar istehlakçıları özlərinə necə cəlb edə biləcəklər? Onları başqalarından hansı cəhət fərqləndirəcək?

Brendlərin davamlı gələcəyinə inam nə dərəcədə önəm daşıyır?

14 İyul, saat 14:00-da COVID-19-un hələ bitmədiyi şəraitdə bu sualların cavabını ən yaxşı hekayə təcrübəsi işığında beynəlxalq ekspertlərdən alacaq, onlardan mövcud reallıqlar, problemlər və imkanlar barədə eşidəcəyik.



Proqram:

14.00-14.03 | Forumun açılışı
Moderator- Ercüment Şener – Unite Edelman

14.03-14.10
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimovun açılış nitqi

14.10-14.50 | 1-ci sessiya:
İnam effekti: müştəri və brend arasında əlaqələrin qurulmasında baş verən dəyişikliklər

İstehlakçı davranışında baş vermiş dəyişikliklər barədə McKinseyin hesabatına əsasən bu sessiyada COVID-19-un əsas fəsadları barədə öyrənəcəyik. Edelmanın İnam Barometri müasir şəraitdə istehlakçıların seçim qərarı verməkdən ötrü markalardan əsas gözləntiləri barədə aydın təsəvvür formalaşdıracaq.

- Thomas Bauer, McKinsey şirkətinin partnyoru, şirkətin Avropadakı marketinq təcrübəsinin lideri
- Steven Heywood, Edelman Amsterdam-ın CEO-su
- İqor Yasenovets, McKinsey şirkətinin partnyoru

14.50-15.40 | 2-ci sessiya:
Müştəri düşüncəsindəki qeyri-müəyyənliklərin həlli

Burada biz COVID-19 şəraitində B2C və B2B üzrə istehlakçı-marka qarşılıqlı əlaqəsi haqqında fikirlər dinləyəcək, mövcud təcrübəyə əsasən problemlərin həlli yolları ilə tanış olacağıq. Rabitə kanallarının qlobal, məhsullarınsa daha çox yerli xarakter daşıdığı zamanda brend hekayələrinin müştərilərin ehtiyac və vərdişlərinə uyğunlaşması yollarını öyrənəcəyik.

- Kamuran Uçar, Unilever şirkətinin Qafqaz, İran və Orta Asiya üzrə Baş meneceri
- Sinan Ünal, TAB Food Investments şirkətinin Baş marketinq inzibatçısı
- Giorgos Chatzis, Azercell şirkətinin korporativ seqment üzrə Baş kommersiya inzibatçısı

Sual-cavab sessiyası

15.40-15.55
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini, Bankın Baş transformasiya inzibatçısı Taleh Tahirlinin bağlanış nitqi

Onlayn qeydiyyat üçün: https://ibar.az/marketingforum/

#IBA #MarketingForumBaku #NewNormal

Qeyd edək ki, forum Zoom video konfrans platforması üzərindən yayımlanacaq.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün