cümə axşamı, 26 noyabr 2020

“Bakı Marketinq Forumu”nun spikerləri açıqlandı: Vebinar kimlər üçündür? - Foto

1114

Azərbaycan Beynəlxalq Bankı tərəfindən ÖDƏNİŞSİZ VEBİNAR

Dünyada və Azərbaycanda yayılan COVID-19 pandemiyası bir çox sahələrdə olduğu kimi istehlakçı davranışlarının dəyişməsinə də səbəb olub. Elə buna görədir ki, marketinq direktorları və bu sahənin peşəkarlarının qarşısında belə bir sual yaranmışdı. COVID-19-dan sonra markalar bir tərəfdən emosiyaların, bir tərəfdən də yeni texnologiyaların təsiri ilə istehlakçı davranışlarında baş verən dəyişikliklərə necə uyğunlaşacaqlar?

Azərbaycan Beynəlxalq Bankı bu sahənin peşəkarlarının suallarına cavab olaraq 14 İyul saat 14:00-da “Bakı Marketinq Forumu”nu təşkil edir. Vebinar, biznes rəhbərləri, böyük şirkətlərin korporativ biznes direktorları, kompaniyaların marketinq direktorları, SME (kiçik və orta sahibkarlar), reklamçılar, SMM şirkət rəhbərləri və bu sahənin peşəkarları üçün nəzərdə tutulub.

Facemark.az xəbər verir ki, Müasir Dövlət Bankının yerli mütəxəssislərə dəstəyi çərçivəsində hazırlanan forum ZOOM video konfrans platforması üzərindən ÖDƏNİŞSİZ yayımlanacaq.

Forumu izləmək üçün isə sadəcə onlayn qeydiyyatdan keçmək tələb olunur. Qeydiyyat linkini isə yazının sonunda əlavə edəcəyik.

Bankın özünün rəsmiləri də Forumda iştirak edəcəklər. Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov açılış nitqi ilə çıxış edəcək. Siz Bakı Marketinq Forumunda bank sektorunda uzun müddətdən bəridir ki, çalışan İdarə Heyəti sədrinin müavini Taleh Tahirlinin çıxışını da dinləyə biləcəksiniz. Eyni zamanda, dəyişən reallığa daha tez adaptasiya olan qlobal şirkətlərdən biri, Unilever-in Qafqaz, İran və Orta Asiya üzrə Baş meneceri Kamuran Uçar da spikerlər arasında yer alacaq.

VEBİNAR çərçivəsində sual-cavab hissəsi də nəzərdə tutulub. Siz öz suallarınızı bu sahənin peşəkarlarına ünvanlaya biləcəksiniz. Biznes rəhbərləri, korporativ biznes direktorları, kompaniyaların marketinq direktorları, SME (kiçik və orta sahibkarlar) reklamçılar, SMM şirkət rəhbərləri və bu sahənin peşəkarları öz suallarına, təcrübəli mütəxəssislərin dilindən cavab tapacaqlar.

Gəlin, Bakı Marketinq Forumununa qatılacaq beynəlxalq təcrübəli ekspert və marketinq liderləri ilə tanış olaq.

Tomas Bauer, Partnyor / McKinsey & Co.

Afrika, Asiya, Avropa, Latın Amerikası, Yaxın Şərq və ABŞ da daxil olmaqla müxtəlif bölgələrdə geniş marketinq-performans layihələrinin rəhbəri olub. Pərakəndə satış, istehlak malları, avtomobil, sığorta, bankçılıq, telekommunikasiya, aviasiya və digər sahələrdə fəaliyyət göstərib. Marketinq-performansı həllərini inkişaf etdirib.

Steven Heywood, Baş menecer və icraçı direktor / Edelman Amsterdam

Enerji, texnologiya və pərakəndə satış sahələrində böyük təcrübəyə malikdir. Uzun müddətdir ki, inteqrasiya edilmiş kommunikasiya, reputasiya və böhran idarəetməsi sahəsində çalışır. Kommunikasiyaların biznesə təsirini təmin etmək üçün inteqrasiya olunmuş uğurlu komandalar qurub. Transformasiya proseslərini idarə edib.

Taleh Tahirli, İdarə Heyəti sədrinin müavini / Azərbaycan Beynəlxalq Bankı

Bank sektorunda uzun müddətdən bəridir ki, çalışır. Menecment, innovasiyalar, rəqəmsal bankçılıq və marketinq sahələrində böyük təcrübəyə malikdir. İsveçin Goteborq Universitetinin Biznes, İqtisadiyyat və Hüquq Məktəbində Menecment və marketinq üzrə magistr dərəcəsi alıb.

Ercüment Şener, Kreativ direktor / UNITE Edelman

Türkiyənin qabaqcıl strateji kommunikasiya məsləhətçisi şirkətlərindən olan Unite Communications şirkətinin təsisçilərindəndir. Müxtəlif korporasiya və markalar üçün kommunikasiya strategiyalarının yaradılmasında, həyata keçirilməsində yaxından iştirak edir. Robert Kollecini və İstanbul Universitetinin - Amerika ədəbiyyatı və mədəniyyəti bölməsini bitirib. Karyerasına 1990-cı ildə “Sabah” qəzetində redaktor olaraq başlayıb. Daha sonra aparıcı reklam və PR şirkətlərində müxtəlif vəzifələrdə çalışıb. 1998-ci ildə UNITE-ni təsis edib.

Kamuran Uçar, Qafqaz, İran və Orta Asiya üzrə Baş menecer/ Unilever

Kamuran Uçar Orta Şərq Texniki Universitetinin Kimya mühəndisliyi ixtisasını magistr dərəcəsi ilə bitirib. Şimali Afrika, Yaxın Şərq və Türkiyə bölgəsində Ev Baxımı vasitələri və Parça Kondisionerləri kateqoriyalarında fəaliyyətini uğurla davam etdirib.

Şimali Afrika, Orta Şərq və Türkiyədə kategoriyalar üzrə liderlik komandasının vitse-prezidenti təyin edilib. O, həm də qlobal Camaşırxana kateqoriyası üzrə İdarə Heyətinin üzvü olub. Unilever Türkiyə, Rusiya, Orta Şərq, Şimali Afrika, Orta Asiya və Qafqaz üzrə Camaşırxana kateqoriyasının vitse-prezidenti, Unilever Türkiyənin Ev və Şəxsi Qulluq kateqoriyaları üzrə vitse-prezidenti, həmçinin 2016-dan 2018-dək Unilever Türkiyənin İdarə Heyəti üzvü olub.

Kamuran Uçar, 2019-cu ilin martından etibarən Unilever Orta Asiya, Qafqaz və İran üzrə baş menecer və Unilever Türkiyənin İdarə Heyəti üzvü vəzifələrini icra edir.

İqor Yasenovets, Partnyor / McKinsey & Co.

Afrika regionunda, Müstəqil Dövlətlər Birliyində və Yaxın Şərqdə maliyyə xidmətləri sahəsində çalışıb. Strateji inkişaf, təşkilati dizaynın yaxşılaşdırılması, qlobal filial şəbəkələrinin transformasiyası, rəqəmsal özünəxidmət kanallarında səmərəliliyin artırılması və analitik marketinq üzrə layihələrə rəhbərlik edib.

Giorgos Chatzis, Baş kommersiya inzibatçısı, İstehlakçı / Azercell

Mobil, Sabit (Fixed) və Genişzolaqlı (Broadband) xidmətlərlə əlaqəli istehlak və biznes xidmətlərinin inkişafı və marketinqi sahəsində 17 illik beynəlxalq təcrübəsi var. Əsas satış artım strategiyasının, taktikasının və fəaliyyət planlarının hazırlanması ilə məşğul olub.

Sinan Ünal, Baş marketinq inzibatçısı / TAB Food Investments‎

Sinan Ünal 15 ildən çox Total Oil və Coca-Cola Company kimi şirkətlərdə strateji rollarda çalışıb. Hazırda TFI-TAB Foods Investments-in marketinq direktorudur. İstanbulun Qalatasaray Universitetinin İqtisadiyyat bölməsinin məzunudur. MBA dərəcəsini də həmin universitetdə alıb.

Qeydiyyat üçün link: https://ibar.az/marketingforum

#MarketingForumBaku #NewNormal

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün