ABŞ prezidenti Donald Tramp televiziyada reklamın nümayişi üçün 147,2 milyon dollar ödəyib.


Facemark.az-ın məlumatına görə, bu haqda AdAge nəşri yazıb.


Nəşrin yazdığına görə, vəsaitin əsas hissəsi 7 Sentyabr Əmək Günü və Seçkilərin keçirildiyi günə qədər 3 Noyabr ayrılıb. Trampın nümayəndələri hələ ki, radio reklamlarını sifariş etməyiblər.


AdAge ABŞ prezidentliyinə digər bir namizədin Co Baydenin xərcləri ilə Trampın xərclərini müqayisə edib. O, analoji dövrdə telereklamlara 1,6 milyon dollar ayırmağı planlaşdırır. Həmçinin 100 000 dollar radioda reklamların nümayişinə ayrılacaq. Bundan başqa, Baydenin arxasında siyasi təşkilatlar dayanır. Məsələn, onlar ən böyük büdcəni təyin ediblər. Məsələn, Priorities USA Action TV-də reklamın nümayişi üçün 49,4 milyon dollar ayırıb.


Tramp ən çox pulu Floridaya ( 37,8 milyon dollar), Ohio ştatına (18,4 milyon dollar), Şimali Karolina (16,7 milyon dollar), Pensilvaniya (14,6 milyon), Minnesot (14,1 milyon dollar) ayıracaq.


O, 2016-cı ildə seçimləri Minnesot xaric, yuxarıdakı digər ştatlardan əldə edib. Bundan başqa, Tramp Facebook və Google-a ümumilikdə 62,3 milyon dollar xərcləyib. Nəşr yazır ki, bu pulun 42?8 milyon dolları Facebook, 19,5 milyon dollarını isə Google əldə edib.


Qeyd edək ki, daha əvvəl Facebook və Twitter Trampın bir çox paylaşımını nifrət dolu və yanlış olduğunu düşünərək sildilər. Bundan sonra isə prezident sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı fərman imzaladı. Twitter-də isə sənədə internet azadlığı üçün təhdid adı verildi.


Bildirək ki, prezident seçkiləri 3 Noyabr, 2020-ci ildə baş tutacaq.