Danone Türkiye-nin Südlü Məhsullar bölməsinin marketinq direktorluğuna Didem Küçükemirler Geren gətirilib.


Facemark.az xəbər verir ki, Galatasaray Universitetinin Biznes İdarəçiliyi ixtisasından məzun olan Didem Küçükemirler Geren karyerasına 2003-cü ildə Kale Seramik-də brend menecer köməkçisi vəzifəsində başlayıb.


O, karyerası ərzində ETİ, Mondelēz, Ülker kimi firmaların marketinq departamentlərində fərqli idarəçi vəzifələrində çalışıb.


Küçükemirler Geren Danone Türkiye ailəsinə qatılmadan öncə isə Coca-Cola Şirkətlər Qrupu markalarından Doğadan-da marketinq direktoru vəzifəsini icra edirdi.


Didem Küçükemirler Geren, Danone Türkiye Südlü Məhsullar Marketinq Direktoru vəzifəsində, Danone Türkiye-nin Südlü Məhsullar üzrə bölməsində bütün marketinq kampaniyalarına liderlik edəcək.