bazar günü, 20 sentyabr 2020

Pandemiyada yüksəliş əldə edən markalar: Dünyada və Türkiyədə - Siyahı

363

Pandemiyada ulduz kimi parıldayan markaların adlarını bir araya yığdıq.

Migros Virtual Market

1997-ci ildən bəri xidmət verən Migros Virtual Market pandemiyada evlərə çatdırdığı sifariş sayını 3 qatına çıxarıb.

Getir

Müştərilər bu dövrdə Getir-i normal market alış-verişi olaraq mövqeləndirib. Getir-in yükləmə nisbəti 60%, səbət məbləğləri 50%, iş həcmi isə 65% artıb.

Banabi

Yemeksepet-inin sürətli çatdırılma əlavəsi Banabi-də koronavirus günlərində tək səfərdə verilən sifarişlərdəki məhsul sayında ciddi artım qeydə alınıb. Yemeksepeti CEO-su Nevzat Aydın, dolayı olaraq məhsul ədədinin artımından yaranan ortalama səbət məbləğlərindəki bu artımı, istifadəçilərin sifarişləri toplu verməyə üstünlük verməsi ilə izah edir.

İstegelsin

Istegelsin-in top menecerlərindən biri Sedat Yıldırım: “İlk epidemiya halının Türkiyədə görünməsi ilə satışlarımızda 80% artım oldu. Bu marağı qarşılamaq və daha yaxşı xidmət vermək üçün çatdırılma komanda ailəmizə 100 nəfəri də cəlb etdik”.

Zoom

2011-ci ildən bəri mövcud olsa da, Zoom ən çox pandemiyada parladı. Zoom ötən maliyyə ilinin ilk rübündə 122 milyon dollar olan gəlirini, bu ilin eyni dövründə 328 milyon dollara yüksəldib. Şirkətin ötən ilin fevral-aprel aylarında 198 000 dollar olan mənfəəti, bu il 136 dəfə artaraq 27 milyon dollara yüksəlib. Şirkətin cari maliyyə ilində ümumi gəlir gözləntisi isə 1,8 milyard dollardır.

Microsoft Teams

Microsoft Teams-in gündəlik istifadəçi sayı pandemiyada 75 milyonu keçib. Martdan öncə 44 milyon aktiv istifadəçisi olan Microsoft Teams, istifadəçi sayını 70% artırmış oldu.

Netflix

Pandemiyada Netflix-in ümumi abunəçi sayı 15,8 milyon nəfər artımla, 182,9 milyona çatıb. Firma epidemiyadan öncə açıqladığı proqnozda deyirdi ki, 2020-ci ilin ilk rübündə 7 milyon yeni abunəçi gözləyir.

BluTv

BluTV Kontent Direktoru Deniz Şaşmaz Oflaz 12 Mart tarixindən etibarən BluTv-ni gündəlik abunəçi sayının 100%, adambaşına baxış vaxtının isə 51% artdığını deyir.

PuhuTv

İzləyicilərin ağlında “Şahsiyet” və “fi” kimi prodakş ilə yadda qalan Puhutv-də isə 14-17 Mart-da 104%-lik artım qeydə alınıb. Puhutv-də real baxış çatımlılığı 17 Mart-da ən yüksək rəqəmə çataraq 400 000 nəfəri keçib.

Hepsiburada

Bu dövrdə platformada 25 milyondan çox məhsul çeşidi olub və aylıq 150 milyondan çox ziyarətə ev sahibliyi edib.

Trendyol

2009-cu ildən bəri həyatımıza daxil olan, pandemiyadan öncə də xeyli popular olan Trendyol-da Mart ayı etibari ilə bir öncəki aya görə ilk dəfə alış-veriş edən müştəri sayı 2 dəfə artıb.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün