Buzzfactory agentliyi pandemiyanın istehlakçı davranışlarına necə təsir etdiyini araşdırıb və hazırda hansı marketinq alətlərinə diqqət yetirməyin vacib olduğuna dair tövsiyələrini paylaşıb.


Böhran istehlakçı vərdişlərini necə dəyişdi?!


Son üç ayda dezinfeksiyaedici maddələr, vitaminlər və qoruyucu maskaların satışı bütün rekordları qırır. 2020-ci ilin yazında insanlar video oyunlar, ev və bağ üçün məhsullar, filmlər və yeməklər aldılar. Evdə idman üçün yararlı idman qurğularının satışları ötən illə müqayisədə yeddi dəfə artıb.


Bir çox idman məşqçisi və blogger sosial şəbəkələrdə canlı məşqlə videolar yayımlamağa başladılar. Nəticədə, fitness avadanlığı artıq istehlakçı bumunu yaşayır və bir çox insan evdə idman etməyə davam edir.


Ancaq dəbli geyimlərə tələbat azdır - istehlakçı dəyərləri nəzərdən keçirir və promosyonlara və mövsümi endirimlərə cavab verməkdə daha az aktivdir. İdman geyimləri və ev geyimləri baharın açıq liderləridir.




İnsanlar artıq ev mühitinə adaptasiya olmağa başlayıblar. Ev artıq hər kəsi birləşdirən bir dəyərə çevrilib.


Buna görə evdə bir insan üçün faydalı olan və evdən ayrılmadan əldə edilə bilən mal və xidmətlər aktuallaşır.


ABŞ marketoloqlarının apardığı araşdırmalara görə, istehlakçıların demək olar ki 75%-i vəziyyət yaxşılaşmasa, gələcəkdə ticarət mərkəzləri və supermarketlərə baş çəkməkdən imtina etməyə hazırdır.




Yeni istehlakçı trendləri


Kütləvi trendlər, yeni istehlakçı və istehlakçı vərdişləridir. Məsələn, təmassız/onlayn ödənişlər bazarın üçdə ikisini ələ keçirdi. Rəy sorğularına görə, Avropalıların 68% -i onları “zəruri” hesab edir. Artıq Avropa əhalisinin 90% -i teletibbə ehtiyac olduğuna inanır.




Bu, istehlakçının yeni xidmətlərə, biznesin isə yeni satış psixologiyasına ehtiyacı olması deməkdir. Buzzfactory mütəxəssisləri istehlakçı davranışının rasionallaşdırılmasının 2020-ci ildəki bir tendensiya olduğunu söyləyirlər. Məsələn, insanlar daha ucuz mal almağa səy göstərməyə başlayıblar. Bu, o deməkdir ki, lüks markalar COVİD-19 böhranından sonra satışlarda daha da ucuzlaşma ilə üzləşə bilər. Kütləvi bazar distribyutorları qiymət / keyfiyyət məlumatları ilə düzgün strategiyasını qursalar qazana bilərlər.


Nəhayət, təmizlik və dezinfeksiya gündəlik həyatın vacib hissəsinə çevrilib. İstehlakçıların pul xərcləyəcəkləri yeni markaların və yeni təmizlik vərdişlərinin artması müşahidə olunub.




İlin birinci yarısındakı iqtisadi dəyişikliklər, müxtəlif formatlı rəqəmsal xidmətləri ön plana çıxardı. İstehlakçılar ictimai yerlərdən yayınmağa çalışırlar, bu da bir çox işlərin onlayn bankçılıq, teletibb və ya virtual səhiyyə, onlayn təlim, onlayn fitness və s. keçməsinə şərait yaradır.


Proqnoza görə, ənənəvi oflayn xidmətlərin satıcıları evdə istehlakçılarını məmnun etmək üçün imkanlar axtarmağa başlayacaqlar. Bərbərlik, manikür, masaj, aşpaz - bütün bu sahələr ofisdən imtina edib, müştərinin evinə xidmət sistemi yarada bilər. Nəticə etibarı ilə birinci dalğa bitməyib. Lakin, payız hələ qabaqdadır -epidemiyanın ikinci dalğası proqnozlaşdırılır.


Reklam bazarında nə baş verir?!


Buzzfactory Kommunikasiya Agentliyinin baş icraçı direktoru (CEO) Thierry Sellerin bildirir ki, “İstehlakçının alış yolu getdikcə daha təbii və qısa olur: indi özü onlayn şəkildə marketlərdən və xidməti bloqlardan ehtiyac duyduğu malları və ya xidmətləri tapır. Doğrudan və kontekstli reklam dövrü keçmişin bir parçasına çevrilməkdədir”.




Aydındır ki, böhrandan sonra bir çox istehlakçı sektoru onlayn satışla davam edəcək və elektron ticarət artıq onlayn mağazalarda deyil, birbaşa sosial platformalarda - izləyicilərin ən çox vaxt sərf etdiyi yerlərdə inkişaf edəcəkdir. Ancaq son aylar ərzində toplanmış reklam çoxluğunu nəzərə alsaq, rəsmi məlumatlara görə, ilin əvvəlindən Instaqramın reklam dövriyyəsi il yarıma 2 qat artdı.




Onlayn videonun rolunu artırmaq üçün müxtəlif sərmayələr etmək lazımdır - videolar və canlı yayımlar baxış sayına görə digər bütün məzmun növlərini üstələyəcəkdir ki, bu da yayımlanan video xidmətlərində reklam etmək daha da təsirli olacaqdır. Şəbəkə məzmununun digər növləri əhatə dairəsini itirəcəkdir.


Uzun müddətdir markalar video oyun sənayesini ancaq yeniyetmələr üçün nəzərdə tuturdular və bu kateqoriyaya böyük büdcə yatırmaq istəmirdilər. İndi koronavirusun oyuna yeni bir maraq dalğası qazandırdığı üçün markalar, şübhəsiz ki, oyun kanalını marka şüurunu yaratmaqdan dolayı yeni və təsirli bir yol kimi qəbul etməyə başlayacaqlar.


Reklam trafikinin kütləvi tədbirlərin virtual platformalarında, video yayımlarında, sosial mediada və müxtəlif mövzuların bloqlarında yayılacağı gözlənilir. Sosial şəbəkələrdə markaların öz səhifələrində “birbaşa satış” trafikini təşkil etmək də keçmişdə qalacaq.