bazar günü, 20 sentyabr 2020

Qlobal miqyasda xəbər əlavələrinin istifadəsi artdı: Adjust-ın tədqiqatı - Foto

353

2020-ci ilin ilk yarısında istehlakçılar, COVID-19 haqqındakı ən son xəbərləri almaq üçün media holdinqlərinə hər zamankindən daha çox ehtiyac duydular.

Facemark.az xəbər verir ki, əlavələrin marketinqi platforması Adjust-ın son məlumatlarına görə, istehlakçılar xəbərlər üçün smartfonlarını gün keçdikcə daha çox istifadə edir. Bu da onu göstərir ki, onlar bəyəndikləri media əlavələrini uzun bir müddət daha istifadə etməyə davam edəcəklər.

Statistikalar, xəbər əlavələrinin gündəlik qoşulmalarının yanvar-apreldə 2020 arasında 37% artdığını göstərir. Qoşulma sayı Martda zirvəyə yüksəlib və sonra isə May-da COVID-19 öncəki səviyyəyə geri dönüb. Gündəlik istifadə sayı isə yanvar və apreldə 59% artıb.

Gün keçdikcə insanlar ənənəvi media vasitələri yerinə, telefonlarındakı əlavələrə üstünlük verir.

Əlavədən istifadə apreldə zirvəyə çıxıb, növbəti ay isə sadəcə 13% azalıb. İstifadə sayı isə hələ 2019-dan, hətta 2020-ci ilin ilk aylarından daha yüksək hesab edilir. Gün keçdikcə insanlar ənənəvi media vasitələri yerinə, telefonlarındakı əlavələrə üstünlük verir. Bu da istifadəçilərin mediadakı məlumatları necə istehlak etdiklərinə dair bir dəyişikliyə işarə edir.

ABŞ-da, xəbər əlavələrinin istifadəsi ən yüksək artımı görüb. Gündəlik qoşulmalar 53% artıb, gündəlik istifadə isə Yanvar və Apreldə 104% artdı. Gündəlik istifadə Aprel və May-da 8% azalsa da, bu vəziyyət istifadəçilərin çoxunun əlavələri istifadəyə davam etdiyini göstərir.

  • EMEA bölgəsində gündəlik istifadə yanvar-aprel 2020-ci ildə 69% artdı. Bölgədə karantin tədbirlərinin tətbiq edilməyə başladığı Mart ayında isə istifadə ən yüksək sviyyəyə çatıb. Gündəlik istifadədə ən çox Almaniya 75%, və Fransa 71% artım göstərib.
  • Asiyada isə, Yaponiyanın göstəriciləri dünyanın geri qalanı ilə oxşar irəliləyiş nümayiş etdirib. Yanvar və Apreldə qoşulmalar 23%, istifadə 44% artıb. Amma Aprel və Mayda isə istifadə 11% azalıb.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün