Spotify musiqi platforması Rusiyada da istifadəyə verilib. Rəsmi olaraq, bu gün, iyulun 15-dən xidmət göstərməyə başlayır, lakin bəzi Rusiyalı iOS və Android istifadəçiləri 14 iyuldan xidmətdən yararlana biliblər. Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, İlya Alekseyev Spotify şirkətinin Rusiyadakı baş direktoru olub.


İlya Alekseyev ildirib ki, “Rusiyada Spotify-in istifadəyə verilməsi, xidmətin qlobal inkişafı strategiyasının həyata keçirilməsində irəliyə doğru böyük bir addım hesab olunur. Bu strategiyanın əsası qlobal bazarlarda işləmək və istifadəçilərin zövqünə və ehtiyaclarına uyğunlaşmaq üçün vahid bir yanaşmadır. Rusiyadakı komandamız rus istifadəçilərinə birinci dərəcəli xidmət təklif etmək və Spotify-in maraq qazanacağına əmin olmaq üçün sənətçilər, musiqi sənayesi oyunçuları ilə sıx əməkdaşlıq edir”.


Spotify xidmətindən, öz məlumatlarına görə, dünyada 286 milyondan çox insan istifadə edir. Statistanın hesablamalarına görə, bu ilin yanvar-mart aylarında platformanın ödənişli istifadəçilərinin sayı keçən il 31% artaraq 130 milyona çatdı. Rusiyada sərbəst buraxılmaqla yanaşı, Spotify başqa 12 ölkədə tətbiq olunur: Ukrayna, Moldova, Qazaxıstan, Belarus, Albaniya, Bosniya və Herseqovina, Xorvatiya, Kosovo, Monteneqro, Serbiya, Sloveniya və Şimali Makedoniya. İyulun 15-dən etibarən platforma 92 bazarda rəsmi olaraq istifadəyə veriləcək.


İstifadəçilər reklam olmadan musiqini pulsuz dinləyə və ya tariflərdən birini seçə bilərlər. Əsas təklif, Spotify Premium, ayda 169 rubla (4 manat-red.) təklif edilir. Spotify Premium-a 6 nəfərdən ibarət olan ailə qoşula bilər. Aylıq tarif isə 269 rubldur. (6,4 manat-red.)


Spotify Premium iki istifadəçi üçün hazırlanmış qarışıq janrlarda musiqini özündə birləşdirən, yenilənmiş musiqilər təqdim edir. Bu tarifin dəyəri 219 rubl (5,2 manat-red.) təşkil edir. Həmçinin “güzəştli” paket də var - tələbələr üçün Spotify Premium aylıq 85 rubl (2,04 manat-red.) təyin edilib.


Spotify Premium abunə haqqı əsas rəqibləri ilə oxşar qiymət intervalındadır. Məsələn: Yandex.Music, Apple Music və Google Play Music abunəçiləri aylıq 169 rubl, Boom abunəçiləri isə - 149 rubl ödəyirlər. Şirkətin öz məlumatlarına görə, Mail.ru Group vahid musiqi ekosistemində aktiv ödənişli abunəçilərin ümumi sayı hazırda 3,5 milyon istifadəçidən çoxdur.


J'son & Partners Consulting-in TV və məzmun şöbəsinin direktoru Dmitri Kolesov Rusiya bazarındakı perspektivlər Spotify-in yalnız dar bir hədəf auditoriya üçün maraqlı ola biləcəyini qeyd edib: “Anlamaq vacibdir ki, bizim bazarda tamaşaçılar ilk növbədə rusdilli musiqiləri dinləyirlər. Kitabxananın ölçüsü də vacibdir. Məsələn, Yandex.Music-də indi təxminən 60 milyon treyk var. Spotify, ilk növbədə İngilis musiqisi ilə xidmət göstərir”. Mütəxəssisin fikrincə, Spotify-in bazarda geniş uğur qazanmasına böyük ekosistemlərin mövcud olması da mane ola bilər.


J'son & Partners Consulting qiymətləndirmələrinə görə, 2019-cu ildə Rusiya musiqi striminq bazarı pul baxımından illik müqayisədə 57% böyüyüb (abunə və xidmətlərdəki reklamdan təxmin edilərək). Cənab Kolesovun sözlərinə görə, bazarda musiqi striminqin payı sürətlə artır. 2019-cu ildə ümumilikdə musiqi bazarının yarıdan çoxunu qazanıb.


TelekomDaily-nin direktoru Denis Kuskov bildirir ki, “Spotify-ın dünya səviyyəsində dəstəyi var və bu onun ən müsbət cəhətlərindən biridir, lakin Netflix-də gördüyümüz kimi qlobal marka Rusiyada uğurlu bir satışa zəmanət vermir. Xidmətin MTS ilə ortaq olaraq işə salınması düzgündür, çünki Rusiyada telekom operatorları arasında abunəçilər arasında liderdir, bu da Spotify istifadəçilərə daha rahat cəlb etməyə imkan verəcəkdir. Aydındır ki, gənclər üçün maraqlı olacaq, amma hazırda xidmətin Rusiya bazarındakı digər oyunçuları necə idarə edəcəyini söyləmək çətindir, çünki hər kəs olduqca güclü mövqeyə malikdir. 2021-ci ilin sonunda hər hansı bir nəticə çıxarmaq mümkün olacaq”.


Əlbəttə, qeyd edilənlər sadəcə proqnoz və subyektiv fikirlərdir. Spotify-ın Rusiyada özün doğruldub-doğrultmadığını isə önümüzdəki illərdə birlikdə görəcəyik.