The King's Cup, İsveç və Danimarkadakı Burger King restoranlarının menyusuna əlavə edilib.


Fast-food nəhəngi Burger King özünün restoranlarında satmaq üçün alkoqolsuz pivə markasını istehsal etməyə başlayıb.


Facemark.az xəbər verir ki, məhsulun istehsalı ilə pivə istehsalçısı Kopenhagen mənşəli Mikkeller firması məşğul olub.


Yeni məhsul İsveç və Danimarkadakı restoranlarının menyusuna əlavə edilib.Burger King-in Danimarka bazarı üzrə marketinq direktoru Daniel Schröder deyib ki, yeni məhsul “The King’s Cup” içkisi onların hamburgerlərinin yanında “yaxşı gedəcək”. O, məhsulu fərah, qatı və alkoqolsuz bir yay pivəsi adlandırıb. Marketinq direktoru əlavə edib ki, onlar geniş bir kütləyə, həm ləzzətli hamburger, həm də həqiqi butik pivə təqdim edəcəklər: “Bu həyəcanvericidir və fast-food sektoru üçün yeni bir həmlədir”, - deyə Daniel sözlərinə əlavə edib.


Schröder, qeyd edib ki, məhsulun alkoqolsuz olması, markanın ruhu ilə harmoniya təşkil edir. Məqsəd müştəriyə əyləncə və həzz təqdim etməkdir.


Mikkeller Qurucusu Mikkel Bjergsø isə Burger King ilə əməkdaşlığı çərçivəsində daha geniş bir hədəf kütləyə çatacaqların deyərək bildirib ki, “Mikkeller-i yaratdığım zaman hədəfim hər kəsə keyfiyyətli pivə təqdim etmək və pivənin standartlarını yüksəltmək idi. Alkoqolsuz pivə Danimarkada sürətlə böyüyən trenddir. Bu əməkdaşlıq çərçivəsində alkoqolsuz pivənin həqiqi pivənin - hətta yaxşı bir pivə dadında olduğunun mesajını da vermək niyyətindəyik”.


Bildirək ki, The King’s Cup’ın qablaşdırmasında Mikkeller-in imza xarakterləri və Burger King uniformaları yer alır.